image-rt-reklam
image-1backend

“Qarabağ” yenə tək qaldı… – Futbolumuzun xəcalət günü!

image-728x90

Azərbaycan futbolu Avropa kuboklarında yenə uğursuzluğa məruz qaldı. İllərdir dayanmayan qara ənənə bu mövsüm də davam etdi. “Qarabağ” klubu istisna olmaqla, digər 3 klubumuz avrokuboklara yarışların əsas mərhələsi (Liqa mərhələsi) başlamadan vida etdi.

Turnirdən ilk göndərilən komanda hələ ikinci mərhələdə “Zirə” olmuşdu. Komanda start götürdüyü ilk cəhddəcə (2–ci raund) “Hayduk” qarşısında zəif oldu (evdə 1:1, səfərdə 1:2).

“Zirə”nin ləqəbi qartaldır. Amma belə “qartal” olmur! Nə qanadı var, nə caynağı. Daha yaxşı komanda qurub Avropada uğurlu oynamaq lazımdır. Avropa kuboklarında qrupa düşməyəndən sonra Azərbaycan çempionatında 2-ci yeri lap 10 dəfə tutsan nə olacaq, tutmasan nə olacaq?
Digər təmsilçimiz – ilk dəfə Avropa kuboklarında debüt edən “Araz Naxçıvan” yarışa yaxşı başlayıb Yunanıstanın “Aris” komandasını mübarizədən kənarlaşdırsa da, üçüncü raunda hər iki oyunda biabırçı məğlubiyyətlə üzləşdi: evdə 0:4, səfərdə 0:5.

“Araz Naxçıvan” yayda heyətinə yeni 7 oyunçu cəlb etmişdi: onlardan da 6-sı legioner. Ümumən Naxçıvan təmsilçisi ən çox legioneri olan və buna ən çox pul xərcləyən klublarımızdandır. Görəsən niyə? 2 oyuna 9 qol buraxmaq üçünmü? İnsafən debütant olduğundan Elmar Baxşıyevin komandasından 3-cü mərhələni keçməyi tələb edən və gözləyən də az idi. Amma belə qorxaq oyun, mübarizə aparmadan təslim olmaq… Görəsən, “Araz” “Aris” üzərindəki qələbənin eyforiyasında idimi? Hər halda görünən bu idi. Uğurun gətirdiyi başgicəllənmə elə oldu ki, onlar meydanda qaçmadılar, keyimiş halda gəzdilər və ümumi nəticədə Kiprin “Omoniya” komandasına 0:9 hesabı ilə uduzdular.

Xəcalət çəkmək lazımdır!
Və təkcə “Araz Naxçıvan”a deyil!

Bir az da “Sabah” barədə. İllərdir bu komanda ilə bağlı ümid yalnız onun adı ilə bağlıdır: avrokubok nəticələri isə sadəcə, fiaskodur. 2024-cü ildə klubun 28 milyon manat büdcəsi olub. Bunun qarşılığı isə Avropa kuboklarında zəif Moldova təmsilçisi “Petrokub”la görüşdə keçilən bir mərhələ oldu. Komands nisbətən güclü rəqiblər – Avroliqada “Çelye” (Sloveniya), Konfrans Liqasının 3-cü mərhələsində isə “Levski” ilə oyunlarda isə uğursuzluğa düçar oldu. Deməli, klubun rəhbərliyi yatmaqdan ayılmalıdır. Futbolda uğur piarla deyil, nəticə ilə qazanılır. “Sabah”ın tarixində ilk dəfə Konfrans Liqasında “pley-off”a düşmək üçün yaxşı şansı vardı. İlk oyunda 0:1 uduzduğundan biz düşünürdük ki, cavab matçında evdə 2:0 hesabı ilə qalib gəlib növbəti mərhələyə adlayarıq. Hesab doğrudan da 2:0 oldu. Amma bolqarların xeyrinə.
Necə deyərlər, sabahın xeyir, “Sabah”!
Qədəmlərin heç xoş olmadı Dambrauskas!
Və beləliklə, meydanda qaldı bir tək “Qarabağ”!
Son dəfə Azərbaycan Avropa kuboklarının qrup mərhələsində 2 komanda ilə 2016-cı ildə (“Qarabağ” və “Qəbələ”) təmsil olunmuşdu.
O vaxtdan Avropakubokların qrup mərhələsində yeganə təmsilçimiz “Qarabağ” meydanda tək qalıb. Bəs digərləri? Hər il milyonlar xərclənilir, amma əksəriyyəti ən yaxşı halda 3–cü mərhələdə dayanır. Klublarımızda doğru idarəetmənin olmaması, xüsusən transfer siyasətindəki nöqsanlar, məşqçilərin işindəki qüsurlar ona gətirib ki, çıxarır ki, ilıərdir qrupda cəmi bir komanda ilə təmsil olunuruq.
Və belə futbolumuzun qara günləri davam edir.
“Qarabağ” dalbadal 12 mövsümdür təsnifat mərhələsindən başlayıb qrupda oynayan Avropada yeganə komandadır. Deməli, o birilərdən fərqli olaraq, bunlarda işin, sistemin daha düzgün qurulduğu bir daha təsdiqlənir. Yoxsa, Qurban Qurbanov futbolçu alma xatirinə tələsib legioner gətirsə idi, on ildən artıq tarixi olan bugünkü sabit oyun sistemini qurmasa idi, məşqçi ilə rəhbərlik arasında qarşılıqlı inam, dəstək olmasaydı, indi heç “Qarabağ” da qrupda olmazdı…qol. az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90