Türkiyə “Qalatasaray”ı ilə “Qarabağ” arasında daha bir yoldaşlıq oyunu olacaq.

Ulusal.az xəbər verir ki, bu barədə “Qalatasaray”ın prezidenti Dursun Özbek açıqlama verib.

Funksioner növbəti qarşılaşmanın İstanbulda keçiriləcəyini bildirib: “Onları Türkiyədə də dostluq oyunu keçirmək üçün dəvət etdim”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı “Qarabağ” – “Qalatasaray” matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.