Ulusal.az teleqraf-a istinadla xəbər verir ki, o da ərizəsi ilə işdən azad olunub.
A.Quliyeva universitetin rektoru Şahin Bayramovun müvafiq əmrinə əsasən ötən ilin iyulunda sözügedən vəzifəyə təyinat almışdı.
Xatırladaq ki, bundan əvvəl Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərgiz İsmayılova öz istəyi ilə işdən çıxıb.
Onun başqa bir sahədə yüksək vəzifəyə təyin olunacağı gözlənilir. Hələlik Nərgiz İsmayılovanın yerinə yeni təyinat yoxdur.
Qarabağ Universiteti Prezidentin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitetin rektoru Şahin Bayramovdur.