Azərbaycan işğal dövründə dağıdılmış maddi-mədəni irsi, tarixi abidələri, təhsil ocaqlarını və yaşayış yerlərini bərpa etməklə bu torpaqların əsl sahibinin kimə məxsus olduğunu bütün dünyaya bir daha sübut edir.
Dövlət başçısının sərəncamı ilə Qarabağımızın təhsil ənənələrinin bərpası istiqamətində mühüm addım atılmış oldu. Digər tərəfdən, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazatının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb. O baxımdan Prezidentin sərəncamında qeyd olunduğu kimi, əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartlatın , yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir. Bu xüsusda Qarabağ Univetsitetinin yaradılması çox doğru olaraqdan həm də işğaldan azad edilmiş ərazilərin bərpasının mühüm istiqamətlərindən biri anlamında diqqətə layiqdir.
Xankəndində Qarabağ Univetsitetinin yaranması elm adamlarının öhdəliklərini də artırır. Universitetdə elə ixtisaslar olmalıdır ki, burada təhsil alan gənclər, yetişən mütəxəssislər təhsillərini bitirdikdən sonra bolgədə qalıb işləməkdə maraqlı olsunlar, Qarabağın inkişafına öz tohfələrini verə bilsinlər.
Mən bir pedaqoq olaraq əminəm ki, Qarabağ Universiteti azad edilmiş ərazilərdə bərpa-quruculuqla bağlı yüksəkixtisaslı kadrlar hazırlayacaq. Çünki, işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və inkişafı konsepsiyasında ən müasir texnologiyaların tətbiqi nəzərdə tutulur. Ağıllı şəhər və kəndlərin yaradılması məhz yenilikçi inşaat mühəndislik işləri tələb edir. Həmçinin müasir texnolgiyalara əsaslanan sənaye müəssisələri yaradılır. Bu ərazilərdə kənd təsərrüfatının inkişafı da prioritet məsələlərdəndir. Ona görə də Qarabağ Univetsitetində bütün bu məsələlərə dair ixtisaslar tədris olunmalədır. Ali təhsil müəssisəsi regionun sosial-iqtisadi ehtiyacına uyğun yüksəkixtisaslı kadr tələbatını ödəməklə tarixən mövcud olan təhsil ənənələrini yaşadacaqdır. Uzun illərdən sonra mühazirələrdə tarixi zəfər tədris ediləcəkdir.
Qarabağın dirçəlişi naminə belə bir zərurətə ehtiyac vardı. Ən əsas prioritet məsələ də, Qarabağ və Şərqi Zəngəzura “ böyük qayıdış”ın sürətlənməsində Qarabağ Univetsitetinin yüksək rolu olacaq.
İnsanlarımızın bölgələrdə təhsil almağa, çalışmağa səylərinin artırılması bütövlükdə Azərbaycan təhsilinin və elminin inkişafında müsbət nəticələrə gətirib çıxaracaqdır.
Eyni zamanda Qarabağ bölgəmizdə şəhərlərin gənclər şəhərlərinə çevrilməsi məhz bu təhsil müəssisələri sayəsində həyata keçəcəkdir. Bu yeniliklər də Qarabağ univetsitetinə peşəkar pedaqoji heyətin, nüfuzlu alimlərimizin səyi ilə həyata keçəcəkdir.
ADPU, Filologiya fakultəsi, Müasir Azərbaycan dili kafedrası müəllimi
Əliyeva Dürdanə Rafiq qızı.