Qarabağdakı separatçı rejimin qondarma “parlamenti” sabah – 9 sentyabrda saat 11:00-da “növbədənkənar iclas” keçirəcək.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Bildirilir ki, “növbədənkənar iclas”da separatçılara yeni başçı seçiləcək. Bu “post”a əvvəlcə iki nəfərin namizədliyi irəli sürülüb: xuntanın “dövlət naziri” adlandırdığı Samvel Şahramanyan və “keçmiş müdafiə naziri” Samvel Babayan.
Lakin qondarma “parlament” son 10 il ərzində Qarabağda yaşamadığına görə Samvel Babayanın sənədlərini geri qaytarıb.
Samvel Babayanın tərəfdarlarının sabahkı “seçki” zamanı qarışıqlıq yaradacağı bildirilir.