“Rəqib bu oyunda böyük hesablı qələbədə qazana bilər”.
Bu fikirləri açıqlamasında Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında üz-üzə gələcək “Qarabağ”- “Dinamo” matçını dəyərləndirən idman jurnalisti Kənan Məstəliyev deyib.
Onun sözlərinə görə, Xorvatiyadakı 0-3 hesablı məğlubiyyət ümumiyyətlə bütün planları, proqnozları pozdu, alt-üst etdi:
“Düzdür, “Dinamo”nun “Qarabağ”dan daha güclü olduğunu qəbul edirdik və azından rəqibin doğma meydanda qalib gələcəyini təxmin edirdik, amma hesabın bu qədər böyük olacağı heç ağlımıza da gəlməzdi. Cavab qarşılaşması ərəfəsində bu bizim üçün mənfi situasiyadır. Düşünürəm ki, 0-3 hesablı məğlubiyyətin əvəzini çıxmaq şansı çox aşağıdır.
Məsələ “Qarabağ”ın bunu edə bilib-bilməyəcəyi deyil. 3-5 nəhəngi çıxmaq şərti ilə komandamız kimi klubların 0-3 hesabı ilə məğlub olub, cavab oyununda 4 topla “Dinamo”ya qalib gələcəyini əminliklə demək mümkün deyil. Vəziyyət çox ağır və çətindir. Doğma meydanda oynamağımıza baxmayaraq, oyunun ssenarisi hər üç nəticədə qeydə qalına bilər. Rəqib hətta bu oyunda böyük hesablı qələbə də qazana bilər. “Qarabağ”ın onların üstünə gedəcəyini bildiyi üçün “Zaqreb” müdafiə olunacaq, hücümları əks-hücum üzərində qurmağa çalışacaq. Lakin onlar ilk dəqiqələrdən hücum futbolu oynayaraq, qol da vura bilərlər. Bu matç bütün ssenarilərə açıq olan oyun olacaq”.
K.Məstəliyev qeyd edib ki, nəticənin necə olmasından asılı olmayaraq, komandamız sona qədər mübarizə aparacaq:
“Proqnoz vermək çətindir, amma əminəm ki, “Qarabağ” bu oyunda qalib gələcək. Bu qalibiyyət turu keçməyə yetəcəyini demək isə çətindir. “Qarabağ”ın doğma meydanda rəqib komandadan daha güclü olacağını əminliklə söyləmək olar. “Dinamo Zaqreb” köklü, tarixi olan, Avropada tanınmış komandadır. “Qarabağ”ın xorvatlara 5 qol vuracağını desək, ən azından adekvat reaksiya vermiş olmarıq. Azarkeşlərin dəstəyi, futbolçuların əzmi, eyni zamanda da rəqibin hər hansı oyunçusunun qırmızı vərəqə alması, kobud səhvlərə yol verməsi ilə bir sözlə, möcüzə ilə mərhələ adlaya bilərik, lakin reallıq onu deyir ki, tutu keçməyə yaxın tərəf məhz “Dinamo”dur”.yenicag.az