image-rt-reklam
image-78backend

“Qarabağ” qələbə qazandı

image-728x90

Avstriyada təlim-məşq toplanışını başa vuran “Qarabağ” sonuncu yoxlama oyununu keçirib.

Ulusal .az xəbər verir ki, Azərbaycan çempionu Bolqarıstan təmsilçisi ÇSKA (Sofiya) ilə üz-üzə gəlib.
Ətraflı

“Vörgl” stadionunda baş tutan qarşılaşma Ağdam klubunun qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 42-ci dəqiqədə Redon Cica vurub.

“Qarabağ” Avstriyadakı ilk görüşündə Macarıstan “Ferentsvaroş”u ilə heç-heçə etmişdi – 3:3. Son ölkə çempionu ikinci matçında isə Polşa “Legiya”sına uduzmuşdu – 0:2.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90