image-2000x150
image-386237514_209459658816673_968726561862906033_nbackend

“Qarabağ nağılı artıq bizim üçün bitib”-Nataly Aleksanyan

image-728x90

“Mən istəyirəm ki, biz aydın başa düşək ki, daşnaklar və onların müttəfiqləri tərəfindən təbliğ edilən Qarabağın mümkün qaytarılması Ermənistan Respublikası üçün ölümcül ola bilər. Xəyallar səltənətindən çıxmaq və həqiqətlə üzləşmək lazımdır. Azərbaycanı Qarabağdan əl çəkməyə məcbur edəcək heç bir qüvvə yoxdur. Qarabağ nağılı artıq bizim üçün bitib”.

Ulusal.az xəbər verir ki, bu fikirləri erməni bloger Nataly Aleksanyan özünün sosial şəbəkədəki səhifəsində paylaşıb. Erməni bloger Ermənistandakı daşnaklara və müharibə tərfdarlarına mesaj olaraq bildirib ki, Ermənistan Qarabağı silahın köməyi ilə ələ keçirə bilməz, çünki bunun ardınca sərt əks-hücum olacaq və bu halda Ermənistan strateji ərazilərini itirəcəyinə heç kim zəmanət verə bilməz: ” Ermənistan Qarabağı diplomatik yolla ələ keçirə bilməz. Ermənistanın belə diplomatik gücü olsaydı, ikinci müharibə dövründə Qarabağı itirməzdi. Nəhayət, Ermənistan beynəlxalq ictimaiyyətin köməyi ilə Qarabağı ələ keçirə bilməz, çünki beynəlxalq birlik bu məsələyə öz yanaşmasını açıq şəkildə göstərdi: boş şüarlar və sıfır dəstək”.
Nataly Aleksanyan bildirib ki, Qarabağın qaytarılması ilə bağlı istənilən söhbət Ermənistanın dövlətçiliyinə ölümcül zərbədir: “Qarabağın qaytarılması ilə bağlı tezislər fonunda Azərbaycan heç vaxt Ermənistanla barışmayacaq, yəni Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri heç vaxt düzəlməyəcək. Bu isə öz növbəsində Ermənistanın yeganə təchizatçı kimi Rusiyadan asılılığını davam etdirməsi deməkdir”.

Erməni bloger qeyd edir ki, məhz bu səbəbdəndir ki, revanşist qüvvələr daim Qarabağın mümkün qaytarılmasını müdafiə edir və Ermənistanda mühacirətdə olan Qarabağ “hökuməti”nin qurulması üçün hər şeyi edirlər: ” Nəhayət, yalançı vətənpərvərliklə Ermənistanı əldə etmək istəyini ört-basdır edən Rusiya öz agentlərinin köməyi ilə Qarabağın qaçılmaz qaytarılması tezisini erməni cəmiyyətində kök salmağa çalışır. Və bu fonda Artur Osipyan kimi Qarabağı tərk edən ilk “vətənpərvərlərin” Ermənistan Qarabağdan əl çəksə, gələcəyinin olmayacağı barədə söhbətləri getdikcə təhlükəli xarakter alır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90