image-rt-reklam
image-1backend

“Qarabağ” “Ludoqorets”in qapısından yeddi qol keçirib

image-728x90

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

Qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Bolqarıstanda “Ludoqorets”in qonağı olan Ağdam təmsilçisi rəqibini 7:2 hesabı ilə məğlub edib.

Bununla da Qurban Qurbanovun rəhbərlik etdiyi komanda doğma meydandakı 1:2 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.

Qeyd edək ki, “Qarabağ”ın qrup mərhələsinə gedə yolda rəqibi Xorvatiyanın “Dinamo” (Zaqreb) kollektivi olacaq. “Köhlən atlar” Xorvatiya çempionu ilə ilk görüşünü avqustun 20-si səfərdə keçirəcək. Pley-off-da mübarizəni dayandıran tərəf birbaşa Avropa Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanacaq.

***

21:52

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələcək “Ludaqorets” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.

Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Ludoqorets”: Hendrik Bonmann, Oliviyer Verdon, Dinis Almeyda, Son, Anton Nedyalkov, Laros Duarte, Jakub Petrovski, Pedro Naressi, Riçk, Ruan Seko, Kvadvo Dua.

Baş məşqçi: George Derminçiyev.

“Qarabağ”: Fabiyan Buntiç, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Olavio Juninyo, Elvin Cəfərquliyev, Marko Veşoviç, Kevin Medina.

Baş məşqçi: Qurban Qurbanov.

Qeyd edək ki, qarşılaşma saat 22:00-da start götürəcək. Ağdam təmsilçisi ilk görüşdə rəqibinə 1:2 hesabı ilə məğlub olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90