“Qarabağ”ın və Rusiya millisinin qapıçısı Andrey Lunyev Azərbaycanda bir ayda nə qədər pul xərclədiyini açıqlayıb.
Ulusal.az xəbər verir ki, Lunyev bu barədə Sport24-ə müsahibəsində bildirib:
“Almaniyada, düzünü desəm, sadəcə maşın və mənzil kirayələmək üçün mənə 5000 avro lazım idi. Amma Azərbaycanda xərclər bir qədər azalıb.
Deyək ki, mənzil üçün 1500 avro lazımdır. Bir maşın üçün 1000 avro bəsdir. Uşaq bağçası üçün qəpik-quruş ödəyirəm. Benzin normal istifadə olunur. Ayda nə qədər xərcləndiyimi dəqiq söyləmək çətindir. Hamısı birlikdə təxminən 4000-5000 avroya (red – təxminən 7.300-9150 manat) çıxır”.
Qeyd edək ki, Rusiya mətbuatının yaydığı məlumata görə, Lunyevin cari mövsüm üçün “Qarabağ”dan aldığı maaş 200 min avrodur.