image-2000x150
image-3backend

“Qarabağ”ın daha 4 potensial rəqibi müəyyənləşdi

image-728x90

Ölkəmizi növbəti mövsümdə Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın 1-ci təsnifat mərhələsindəki daha 4 potensial rəqibinin adına aydınlıq gəlib.

Ulusal.az xəbər verir ki, bunlar “Linkoln” (Cəbəllütariq), “Aris” (Limassol, Kipr), “Farul” (Rumıniya) və “Ballkani”dir (Kosovo).

İndi yalnız 2 potensial rəqib müəyyənləşməyib: Albaniya çempionu və ilkin mərhələnin qalibi.

Daha əvvəl isə 9 mümkün rəqib məlum olmuşdu: “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Haken” (İsveç), “Valmiyera” (Latviya), “Larn” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Svift Esperanj” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya). Azərbaycan və Ermənistan çempionlarının üz-üzə gəlməsi mümkün olmadığından, bu ölkənin təmsilçisi potensal rəqib hesab edilmir.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq. Ağdam təmsilçisi səpələnmişlər səbətində yer alacaq. Oyunlar isə 11-12 iyul və 18-19 iyul tarixlərində keçiriləcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90