image-rt-reklam
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Qarabağ ermənilərinin iki yolu var”- Arzuman Muradlı

image-728x90

“Qarabağda yaşayan ermənilərin iki yolu var. Ya Azərbaycan qanunları ilə yaşayacaqlar, ya da tezliklə Qarabağı tərk etməyə məcbur olacaqlar”- bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq ermənilərin başqa seçimi olmadığını bildirib.

“Erməni “Hraparak” nəşrində yayımlanan məqaləyə görə, Xankəndidə oturaq “aksiya” guya Rusiyaya qarşı çevrilə bilər, yəni separatçılar etirazlarının növbəti mərhələsində rusiyalı sülhməramlıların Qarabağdan çıxmasını tələb edəcəklər. Separatçılar ondan narazıdırlar ki, Rusiya kontingenti Azərbaycana qarşı heç bir addım atmayıb, Laçın “dəhlizini” acmayıb və s. Bunun davamı kimi separatçıların lideri Araik Arutunyan Ermənistanın baş naziri Nikol Paşinyanla birgə Qarabağda “beynəlxalq qüvvələrin” yerləşdirilməsini təmin etməyə çalışacaqlar. Bu xülyadır. Birincisi, heç bir dövlət və beynəlxalq təşkilat Qarabağa hərbçilərini göndərməz. Xarici mərkəzlərin bir qismi sözdə Ermənistana və erməni separatimizinə dəstək versələr də, Azərbaycanla qarşıdurmaya gedərək vətəndaşlarını ölüm təhlükəsi olan bölgəyə göndərməyəcəklər. Bunu separatçılar da anlayırlar. İkincisi, separatçılar Rusiyadan narazı qalsalar da (halbuki, rusiyalı hərbçilər Kremlin təlimatıyla erməni separatizminə dəstəklərini artırıblar) bu ölkənin hərbi kontingentinin bölgəni tərk etməsini tələb etməyəcəklər. Çünki narazılıqlarına rəğmən, separatçıların Rusiyadan ikiəlli yapışmaqdan başqa seçimlər yoxdur. Əgər “Hraparak” nəşrinin xəbərində kiçik də olsa həqiqət payı varsa, yəni separatçılar növbəti mərhələdə Rusiya hərbi kontingentinin bölgəni tərk etməsini reallaşdırmağa çalışacaqlarsa, bu bizim işi asanlaşdıracaq, məqsədimiz elə Rusiya hərbi kontingenti olmadan separatçılarla məsələni birdəfəlik həll etməkdir.Bir sözlə indi Qarabağ erməniləri bu gün son qərarlarını verməlidirlər. Əgər bu iki yoldan birini seçməsələr o zaman Azərbaycan əsgəri onları Qarabağdan silah gücünə qovmağa məcbur olacaq”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90