image-2000x150
image-1-8backend

Qarabağ erməniləri səksəkədə: 10 mayda Xankəndidə Azərbaycan Bayrağı ucaldılacaq

image-728x90

Qarabağda yaşayan ermənilər dünəndən etibarən səksəkədədirlər. Buna səbəb isə Azərbaycanın 10 may günü daha bir neçə rayona nəzarəti bərpa edəcəyi, xüsusən də Xankəndi məsələsinə nöqtə qoyacağı ilə bağlı xəbərlərin yayılmasıdır.

Ulusal.az xəbər verir ki, hazırda Qarabağda yaşayan erməni politoloq Alen Quluyan ötən gün özünün Facebook hesabında qəribə, həm də maraqlı bir açıqlama ilə çıxış edib.

O bildirib ki, bu il Azərbaycanda sabiq prezident Heydər Əliyevin 100 illiyidir. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti 2023-cü ili “Heydər Əliyev ili” elan edib və bu bir sıra mətləblərdən xəbər verir. “Prezident İlham Əliyev 2023-cü ili “Heydər Əliyev ili” elan edib. Atasının 100 illik yubileyi mayın 10-da olacaq. İlham Əliyev həmin gün Xankəndi üzərində qələbənin qeydə alınması üçün hər şey edəcək”.

Ermənistan mediası isə bu xəbəri bir qədər də genişləndirərək, yazır ki, Azərbaycan 10 may günü Xankəndidə Azərbaycan Bayrağını ucaltmaq üçün bütün addımları atacaq. Yəni, Xankəndi şəhərindəki separatçıların arzularını üərklərində qoymnaqla yanaşı, orada dövlətin idarəçiliyini bərpa edəcək. Amma erməni mediası bu xəbərin hansı mənbədən gəldiyi, nəyə əsaslandığı barədə heç nə yazmayıb.

Qeyd edək ki, Azərbaycan Qarabağın dağlıq hissəsini ilk gündən ölkənin ayrılmaz tərkib hissəsi olaraq qəbul edib və bundan heç bir zaman imtina etməyəcəyini bəyan edib. Bununla bağlı 30 ilə yaxın davam edən danışıqlar da rəsmi Bakının məsələdə nə dərəcədə prinsipial olduğunu göstərib.

Son zamanlar atılan məqsədyönlü addımlar, dəqiq və hesablanmış gedişlər nəticəsində Laçın dəhlizi demək olar ki, tam nəzarətə götürülüb. Ermənistanla sərhəddə Nəzarət Buraxılış və Gömrük Məntəqələri qurulub. Bu da Xankəndidə yaşayan separatçıların Ermənistanla birbaşa quru əlaqəsinin kəsilməsi deməkdir. Üstəlik, Azərbaycanın Xankəndi üzərində nəzarətini bərpa etməsi məqsədinə daha bir addım yaxınlaşmaqdır.

Lakin rəsmi Bakının məhz mayın 10-da Xankəndi ilə bağlı konkret olaraq hansı addımlar atacağı bəlli deyil. Aydın məsələdir ki, əgər belə bir hal olsa belə, rəsmi qurumlar heç vaxt öncədən hər hansı bir açıqlama verməzlər. Çünki rəsmi Bakı bu tip addımları barədə öncədən heç vaxt məlumat vermir, yalnız konkret addım  atıldıqdan sonra açıqlama yayır.

Ümid edək ki, erməni tərəfinin bu yaydığı məlumat doğrudur və Azərbaycan 30 ildən sonra Xankəndidə dövlət nəzarətini bərpa etməyə nail olacaq.jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90