image-rt-reklam
image-1backend

Qarabağ erməniləri Rusiya-Ukrayna müharibəsinə qoşulurlar

image-728x90

Qarabağ erməniləri Ermənistanı kütləvi şəkildə tərk edərək könüllü olaraq Rusiya-Ukrayna müharibəsinə qoşulurlar.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr Qarabağ ermənilərinin kütləvi axınını bir neçə ay əvvəl Paşinyanın sosial dəstək proqramını dayandırması faktı adlandırır.

Qeyd olunur ki, ermənilər əsasən “Arbat” batalyonuna yazılır, burada müqaviləli əsgərlərə kifayət qədər yüksək maaş verilir. Müharibə iştirakçılarına və onların ailə üzvlərinə də sürətlə Rusiya vətəndaşlığı verilir.

Bu arada Ermənistan Daxili İşlər Nazirinin müavini Arman Qazaryan məlumat verib ki,  Qarabağdan olan cəmi 16 min könüllü köçkün Ermənistan vətəndaşlığını alıb.

Qeyd edək ki, Ermənistan hakimiyyəti Qarabağdan könüllü köçən sakinlərinin sayını 100 min nəfər kimi təqdim edirdi.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90