image-2000x150
image-1678680774_64fe0a4c-fa40-3522-9ecf-baf4813cbf5e_850backend

“Qarabağ”dan Britaniya səfirinə cavab: “Bizim üçün şərəf olar”

image-728x90

“Qarabag” futbol klubu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun və səfirliyin əməkdaşlarının komandaya üzv kimi qəbul edilməsi təklifinə zarafatla cavab verib.

Ulusal.az xəbər verir ki, “Qarabağ” bu barədə tviter hesabında paylaşım edib.

“Böyük məmnuniyyətlə! (sizi üzv kimi qəbul edərik- red) Qapılarımız üzünüzə açıqdır. İstədiyiniz zaman gəlin, müqavilə şərtlərini razılaşdıraq. Bizim üçün şərəf olar”, – paylaşımda deyilir.

Qeyd edək ki, daha əvvəl Fergus Auld tviterdəki hesabında səfirliyin əməkdaşlarının futbol oyununun fotolarını paylaşıb.

“Bu gün səfirliyin əməkdaşları ilə futbol oynadıq. Həm işdən ayrılan əməkadaşlarımız ilə sağollaşdıq, həm də həyatımıza idman qatdıq. “Qarabag” Futbol Klubu, bizi üzv kimi qəbul edərsiniz?”, – səfir kluba xitabən yazıb.

image-1 image-2 image-3

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90