“Bu sevinci yaşadığımıza görə çox xoşbəxtəm. Allah qoysa, davamlı olsun, 14-15 olsun. Açığı, üçüncü ulduzumuzu da görmək istəyirəm”.
Bu sözləri açıqlamasında “Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl Ağdam klubunun 12-ci çempionluğunu şərh edərkən deyib. O, bundan sonrakı hədəflərinin ölkə kubokunu qazanmaq olduğunu bildirib:
“Kubokun finalında da bunun üçün əlimizdən gələni edəcəyik. Komandamız da, oyunçularımızın da final görüşünə tam motivasiyalı çıxacağına inanıram. Əlbəttə ki, avrokuboklar öncəsi kubokda uğur bizim üçün böyük stimul olardı”.
Klub rəsmisi, yeni sezon heyətin gücləndirilməsi haqda məsələyə bu cür yanaşıb:
“Heyətin güclənməsinə gəldikdə, mütləq ki, transferlər olacaq. Ancaq bu barədə mənə elə gəlir ki, kubok matçından sonra planlarımız daha da dəqiqləşəcək”. Publika.az