image-rt-reklam
image-1backend

“Qarabağ” bu gün səfərdə “Dinamo” ilə qarşılaşacaq

image-728x90

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin ilk oyununda Xorvatiyada “Dinamo” (Zaqreb) klubunun qonağı olacaq.

“Maksimir” stadionunda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşü İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyun

20 avqust

“Qarabağ” – “Dinamo” (Xorvatiya)

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Zaqreb, “Maksimir” stadionu.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90