image-2000x150
image-1backend

“Qarabağ Azərbaycandır “

image-728x90

Azərbaycan xalqının tarixində xalqın unutmamalı olan günlərlə bərabər ,böyük sevinc hissi ilə qeyd etdiyi  günlər də var. Mənhz həmin günlərdən biri də xalqa sevinc, özgüvən, ləyaqət ,məğrurluq hissini yaşadan ,Azərbaycan ordusunun mənfur düzmən üzərində öz üstünlüyünü göstərən, əgər ayağa qalxarsa düşməni kökündən məhv edən bir qələbə çaldı.  Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı.

Azərbaycan xalqı keçən illər ərzində işğal dövründə də istəyirdi ki  tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Məhz otarixi qələbə üçün lazım olan addımlar atılırdı.

Azərbaycan xalqının böyük sərkərdəsi , Milli qəhrəman  (mənə görə), Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev əziz xalqıma söz vermişdim :  əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək . Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.” demişdi.

Bu gün o əlamətdar günlərdən biridir.

– Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır; Bu qələbə əsrə bərabər qələbədir. 100 il idi ki yol gəlirdi.

Bu qələbə Azərbaycan əsgərinin , Azərbaycan kişisinin Vətən  uğrunda ,mənlik, şərəf ,ləyaqət uğrunda düşmən və onun havadarlarının üzərində tarixi qələbəsidir.

44 gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. . Düşmən ordusu Azərbaycan Ordusunun,  peşəkarlığını, fədakarlığını Vətən torpağı  uğrunda yenilməzliyini şəhidliyə yüksəlir amma geri çəkilmədiyini görərək daha da böyük təşvişə düşür havadarlarını köməyə çağırırdı. Onların özləri etiraf edirdilər ki 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur

Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya getməyə hazır idi.. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi..Və müharibə dayandırıldı. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçim idi. – 44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarılsın .

O gün qəbul edilən qərar Azərbaycan Prezidentinin uzaqgörənliyinin, uğurlu diplomatiyasının qərarı idi ki o tarixi qələbədən sonra  Azərbaycan xalqı Zəfər qələbəsinin 3 illini Xankəd şəhərinin mərkəzi meydanında keçirilən hərbi paradı xalq böyük sevinclə seyr edirdi. ;

İkinci Qarabağ müharibəsindən sonra dövlətimiz bir gün də dayanmadan ordu quruculuğu prosesini sürətləndirdi və işğaldan aad olunmuş ərazilərdə quruculuq işlərini başladı.. Ordumuzla silahlı qüvvələrimizlə fəxr edirik. Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yiyələndi.. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə öz əlinə aldı.

– Bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət Azərbaycan ordusunun  nəzarətindədir. Və sərhədlərimiz  qorunur.

– Qarabağ bölgəsində həyata keçirilmiş bütün  hərbi əməliyyatlar Azərbaycan milləti + Azərbaycan dövləti = Azərbaycan Ordusunun vəhdətidir.

Eyni zamanda, bu əməliyyatlar Ermənistan siyasi rəhbərliyinə də bir siqnal idi ki, siz kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlisiniz və ilk növbədə, öz silahlı qüvvələrinizi Qarabağdan çıxarmalısınız;

Azərbaycan əsgərinin ordusunun qarşısını heç kim kəsə bilməz. Orda ana yurddan söhbət gedirsə.. , Qarabağ Azərbaycan torpağıdır və həmişə belə olub belə də

– Əgər rəsmi İrəvan kapitulyasiya şərtlərinə əməl etmiş olsaydı , sentyabr ayında keçirilmiş antiterror tədbirinə ehtiyac qalmazdı.

– Erməni xalqının bəlalarının səbəbkarları Ermənistana rəhbərlik etmiş bütün şəxslərdir. Onlar hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlayacaqlar. Özləri buna o qədər inanmışdılar, xarici tərəfdaşları da inandırmağa çalışırdılar ki, onların güclü orduları var, onların güclü potensialı var, güclü himayədarları var və Azərbaycan heç vaxt torpaqları hərbi yolla azad etməyə cürət etməyəcək;

Vəhşi hayların özününkü hesab etdiyi nəticədə xaraba qoyduğu Qarabağ torpağını Azərbaycan əsgəri azad edəndə həyat orda  düşmən ayağı dəyəndən bitmişdir. Bu gün isə Qarabağımızda davamlı yenidən qurma  bərpa i işləri davam edir.

Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi;

20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan dövləti Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü , sentyabrın 20-də dövlət suverenliyimizi tam bərpa etdi; –

Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah olan əsgərdir, zabitdir. Onun bir ali təhsili Vətən sevgisi digər  alı təhsili müasir silahlardan istifadə etmək bacarığı və qərarlı addımı olmalıdır.

O, sinəsini qabağa verir, ölümə getməyə hazırdır və biz bunu göstərir. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir;

2023- cü il  oktyabrın 15 təqvimdə əlamətdar günlərdən biri  Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağı qaldırıldı. Bundan böyük xoşbəxtlik ola bilməz;

“ Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Biz bütün vəzifələri icra etmişik.”deyən Azərbaycan Prezidenti İlham Əliyev cənabları eyni zamanda “Qarabağ Azərbaycandır “,”Sözümüz imzamızdır” demişdir.

Qələbən uğrun, mübarək olsun Azərbaycan!

İ.Əfəndiyev adına Elitar Gimnaziyanın tarix müəllimi   Ədibə Abbasova

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90