image-rt-reklam
image-1backend

“Qarabağ” Almaniya klubuna məğlub oldu

image-728x90

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu ölkədəki ilk yoxlama oyununa çıxıb.

Ulusal.az xəbər verir ki, “köhlən atlar” Almaniya təmsilçisi “Kayzerslautern” ilə qarşılaşıb. Görüş 2-ci Bundesliqa klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qırmızı-ağlar”ın heyətində Yannis Heuer (23), Marlon Ritter (39) və Boris Tomyak (47) fərqlənib. Ağdam klubunun qoluna isə 70-ci dəqiqədə Emin Cəfərquliyev imza atıb. 44-cü dəqiqədə “Qarabağ”ın futbolçusu Aleksey İsayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

“Köhlən atlar” günün ikinci görüşündə Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə üz-üzə gələcək. Görüşün start fiti saat 20:00-da veriləcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90