image-rt-reklam
image-1backend

“Qansız əməliyyat” həyati təhlükə yaradır? — AÇIQLAMA

image-728x90

Son illər laparoskopik cərrahiyə üsuluna müraciət edənlərin sayında artım müşahidə edilir. Laparoskopik cərrahiyyə ənənəvi açıq cərrahiyyədən fərqli olaraq, dəridə böyük kəsiklərə ehtiyac olmadan qarın və çanaq nahiyəsinə daxil olmağa imkan verən cərrahi əməliyyat növüdür.

Laparoskopik cərrahiyyə qarın bölgəsində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur və “minimal invaziv”, “qansız əməliyyat” və ya “qapalı cərrahiyyə” kimi adlarla da tanınır.

Ancaq bəzi cərrahlar bu üsulun təhlükəli olduğunu iddia edir. Xüsusilə appendisit əməliyyatında həyati təhlükələr yarana biləcəyi barədə xəbərdarlıq edənlər də var.

Ümumi cərrah Nazim Həsənov laparoskopik cərrahiyə üsuli ilə bağlı Modern.az-a danışıb.

“Mən 10 ildir ki, laparoskopik cərrahiyə üsulu ilə əməliyyatımı edirəm, bu növ əməliyyat üsulunda təhlükə görmürəm. Əməliyyat cərrahın vərdişinə bağlı vəziyyətdir. Açıq əməliyyat olaraq nə ediriksə, onu laparoskopik şəkildə də etməyimiz mümkündür. Laparoskopik cərrahiyə üsulu daha məsləhətlidir. Hər bir əməliyyatın riskləri olduğu kimi appendisit əməliyyatınında da riskləri var. Bütün əməliyyatların ümumi ağırlaşmaları var, burada səbəblər ya əməliyyata ya da narkoza bağlı səbəblər olacaq”.

Cərrah sonra qeyd edib ki, ümumiyyətlə, hər əməliyyatda laparoskopik cərrahiyə daha az travmatik olduğu üçün açıq əməliyyatdan daha yaxşıdır, daha məsləhətlidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90