image-rt-reklam
image-1backend

“Qalatasaray” “Siti”nin ulduzu ilə anlaşdı

image-728x90

“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan “Qalatasaray”la müqavilə şərtlərini razılaşdırıb.

Ulusal.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb.

İstanbul klubu əvvəlcə Bernardo Silva (“Mançester Siti”) və Hakan Çalhanoğlu (“İnter”) transferlərini nəzərdən keçirsə də, son günlərdə Gündoğanla bağlı konkret irəliləyişə nail olub.

Futbolçu ilə klub arasında artıq müqavilə üzrə razılıq əldə olunub. Lakin transferin tam baş tutması üçün bu, hələ kifayət deyil.

Hazırda “şəhərlilər”lə birlikdə klublararası dünya çempionatında çıxış edən Almaniya millisinin üzvü hələ “Qalatasaray”ın baş məşqçisi Okan Burukla danışıqlar aparmalıdır. Bundan sonra klublar arasında rəsmi razılaşma əldə oluna bilər.

Bəzi Türkiyə mənbələri “Mançester Siti”nin Gündoğanı buraxmağa meyilli olduğunu bildirir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90