image-rt-reklam
image-1backend

“Qalatasaray” Osimhenin transferini tamamladı – ŞƏRTLƏR

image-728x90

“Qalatasaray” “Napoli”nin ulduz hücumçusu Viktor Osimhenin transferini başa çatdırmağa çox yaxındır.

Ulusal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflər dünən keçirilən uğurlu danışıqlardan sonra razılaşmanın son mərhələsindədirlər. Klublar ödəniş şərtlərini razılaşdırıblar: Neapol klubu 40 milyon avronu dərhal alacaq, qalan 35 milyon isə ilin sonunadək ödənəcək.

Müqaviləyə həmçinin xüsusi bir maddə də daxil ediləcək. Bu şərtə əsasən, “Qalatasaray” futbolçunu növbəti iki il ərzində A Seriyasının klublarına sata bilməyəcək. Hazırda klublar transfer məbləğinin ödənilməsinə dair zəmanətlər və satışla bağlı bənd üzərində son razılaşmaları aparırlar.

Xatırladaq ki, Osimhen 2024/25 mövsümündə “Qalatasaray”da icarə əsasında çıxış edib və 41 matçda 37 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90