Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçirilməli olan “Qalatasaray” – “AZ Alkmaar” matçı təxirə salına bilər.
Ulusal.az xəbər verir ki, buna səbəb oyununun keçiriləcəyi İstanbul şəhərində əlverişsiz hava şəraitinin hökm sürməsidir. Bu barədə “Sabah” nəşri məlumat yayıb.
Qarlı hava şəraiti səbəbindən görüşün təxirə salınması ehtimalı var. Klub oyunun keçirilməsi üçün “Rams Park” stadionunda işləri davam etdririr. Meydanın qorunması üçün işlər matç başlayanadək davam edəcək. İsitmə sistemi və işıqlar daim aktiv vəziyyətdə olacaq. Lakin qar fırtınası oyunun keçirilməsinə mane ola bilər.
Bildirilir ki, oyun təxirə salınsa, sabah keçiriləcək. Əgər sabah da görüş üçün əlverişli şərait olmasa, matç növbəti həftə təşkil ediləcək.
Qeyd edək ki, “Qalatasaray” – “AZ Alkmaar” oyunu bu gün Bakı vaxtı ilə saat 21:45-də keçirilməlidir. Komandalar arasında ilk matçda Niderland klubu 4:1 hesablı qələbə qazanıb.