image-rt-reklam
image-1738532638_3c0a1f7dc62d491999812993f547d796backend

“Qalatasaray”dan transfer bombası

image-728x90

“Qalatasaray” Alvaro Moratanı icarəyə götürüb.

Ulusal.az xəbər verir ki, “sarı-qırmızılar” İspaniya millisinin forvardı ilə 2026-cı il yanvarın 20-sinə kimi müqavilə bağlayıb.
Buna görə, futbolçunun məxsus olduğu “Milan”a 6 milyon auro müvəqqəti transfer məbləği veriləcək.
Futbolçuya isə 2024-2025 mövsümünün qalan hissəsinə görə 3 milyon auro, 2025-2026 mövsümünün ilk yarısı üçün 3 milyon auro zəmanətli ödəniş ediləcək.
Bundan əlavə “cimbom” gələn ilin yanvarının 15-nə kimi yazılı müraciət göndərsə, Moratanı hamıdan əvvəl “Milan”dan almaq hüququna malikdir.
“Qalatasaray” bu hüquqdan istifadə etməsə, növbəti mövsümün sonuna qədər Morataya daha 3 milyon ödəyib, icarə müqaviləsini növbəti mövsümün sonuna qədər uzada bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90