image-2000x150
image-4eb9c4e129f12052356a0284abeb3cb7backend

Qadınları sevən, kişilərə qarşı “nankor” olan ÜRƏK – Onun “könlünü” necə almaq olar?

image-728x90

“Ürək xəstəlikləri” anlayışı ürəkdə baş verən və ona təsir edən hər hansı bir narahatlığı ifadə etmək üçün istifadə olunur. Ürək xəstəliklərinə qan-damar xəstəlikləri (məsələn, koronar arteriya), ürək ritminin pozulması (aritmiya) və anadangəlmə ürək qüsurlarını aid etmək olar. Bir az da təfərrüatlara varsaq, ürək xəstəliklərini ümumi olaraq, belə sadalaya bilərik:

  • Anadangəlmə ürək xəstəliyi;
  • Koronar arteriya xəstəliyi;
  • Ürək ritminin pozulması ilə ortaya çıxan ürək xəstəlikləri;
  • Dilate kardiomiopatiya (ürək mədəciklərinin genişlənməsi)
  • Miokard infarktı (ürəyin əzələ qatında oksigen çatışmazlığı kimi müəyyən edilə bilər);
  • Ürək çatışmazlığı.

İllərdir aparılan araşdırmalar göstərir ki, kişilərdə ürək xəstəliklərinə tutulma riski daha çox olur.

Bəs bunun səbəbi nədir?

1979-2012-ci illər arasında Noreçdə aparılan tədqiqata infarkt keçirmiş 34 000-ə yaxın insan (onların təxminən yarısı qadın olub) cəlb edilib.

Tədqiqatçılar müəyyən ediblər ki, yaşam boyu qadınlara nisbətdə kişilərin infakrt keçirmək riski daha yüksəkdir. Bu nəticəyə, yüksək xolestrol, yüksək qan təzyiqi, diabet, bədən kütləsi indeksi və fiziki fəaliyyət də daxil olmaqla ürək xəstəliyi üçün ənənəvi risk faktorlarını nəzərə aldıqdan sonra gəlinib. Bundan əvvəl aparılan araşdırmalarda irəli sürülüb ki, qadınlarda təbii olaraq meydana gələn hormone səviyyələri azaldıqda, menapozdan əvvəl onları ürək xəstəliklərindən qoruya bilir. Müəlliflərin fikrincə, qadınlar menapozdan keçən kimi infarkt riski bir qədər dəyişib.

Statistikalar cinsiyyət və ürək xəstəlikləri haqqında nə deyir?

Britaniya Ürək Fondu kişilər və qadınlar arasındakı ürək xəstəliklərindən ölüm fərqlərini araşdırıb. Statistika göstərib ki, kişilərdə ürək xəstəliyi riski 75 yaşa qədər, qadınlarda isə 75 yaşdan sonra daha çoxdur. Belə ki, bu xəstəliklər kişilər arasında 20-44 yaşlarında 5-8%, 45-69 yaşlarında 18-24,5% təşkil edir. Qadınlar arasında göstərici nisbətən aşağıdır və yaşlılar arasında 13-15%-dən artıq olmur.

75 yaşdan aşağı kişilər xroniki revmatik ürək xəstəliklərindən, hipertonik xəstəliklərdən, koronar ürək xəstəliyindən, insultlardan və arteriya və kapilyarlarla əlaqəli xəstəliklərdən qadınlara nisbətən daha çox ölürlər.

Bununla belə, bu o demək deyil ki, 75 yaşınadək qadınların heç bir riski yoxdur. Britaniya Ürək Fondunun məlumatına görə, ürək-damar xəstəlikləri 75 yaşa qədər qadınlarda bütün ölümlərin 17,2%-ni təşkil edir.

Bu yaşdan yuxarı qadınların xroniki revmatik ürək xəstəliklərindən, hipertansif xəstəliklərdən və insultlardan ölmə ehtimalı kişilərə nisbətən daha çox artdığı üçün bu boşluq bağlanmağa başlayır.

Gördüyümüz kimi, kimin ürək xəstəliyinə daha çox meylli olduğu arqumenti o qədər də aydın deyil!

Bəs niyə kişilər ürək xəstəliklərinə daha çox meyillidirlər?

Təbii ki, ürək xəstəliklərində irsi faktorlar, genetika və yaşam tərzi də mühüm rol oynayır. Kişilər və qadınlar arasında ürək xəstəlikləri ilə bağlı belə dramatik fərqlərin olmasının bir neçə potensial səbəbi mövcuddur.

Stress

Əgər biz tarixən əvvələ getsək, görürük ki, qadınlar evdə qalanda kişilər daha çox stressli işləri görüblər. Mütəxəssislərin fikrincə, bu, səbəblərdən biri olaraq görülür.

Bununla belə, Britaniya Ürək Fondunun məlumatına görə, bu gender fərqi, əslində 1969-cu ildən bəri bağlanır və bunun bir izahı ola bilər ki, inkişaf edən gender bərabərliyi səbəbindən getdikcə daha çox qadın yüksək stressli işlərdə çalışırlar. Digər bir problem isə kişilərin qadınlarla müqayisədə stresslə necə mübarizə aparması məsələsidir. Kişilər stressə məruz qaldıqda, onların damarları daralır, qan təzyiqi yüksəlir.

Qadınlar kişilərə nisbətən hisslərini başqaları ilə daha çox bölüşürlər və özünə qulluq üçün vaxt ayırırlar (məsələn, oxumaq və ya vanna qəbul etmək). Qadınlarda stressi effektiv şəkildə azaltmaq, kişilərdə isə hər şeyi şişirtmək ehtimalı daha yüksəkdir. Bu o deməkdir ki, zaman keçdikcə, stress kişilərin orqanizminə daha böyük təsir göstərə bilər.

Pəhriz və həyat tərzi

Təəssüf ki, kişilər qadınlardan daha qeyri-sağlam həyat tərzi keçirməyə meyillidirlər və bu, ürək sağlamlığına mənfi təsir göstərə bilər.

Alkoqol qəbulu ürək xəstəliyi üçün mühüm risk faktorudur və statistikaya görə, kişilərin təxminən 37%-i, qadınların 28%-i ondan istifadə edir.

Üstəlik, kişilər qadınlara nisbətən daha çox piylənmədən əziyyət çəkirlər. Bunun bir hissəsi yemək vərdişlərindəki fərqlərə aiddir. Ümumiyyətlə, kişilər qadınlara nisbətən daha çox ət yeməyə meyillidirlər və onlar da əhəmiyyətli dərəcədə daha çox qırmızı ət yeyirlər. Ətin, xüsusən də qırmızı ətin ürək-damar problemlərinə yol açdığı bəllidir.

 

Bəs niyə qadınlar yaşlandıqca ürək xəstəliyindən əziyyət çəkirlər?

Qadınların yaşlandıqca ürək xəstəliyinə meylli olmasının səbəbi, orqanizmdəki hormonal dəyişikliklərlə izah edilir.

Estrogenin ürək xəstəliklərindən qorunmağa kömək edə biləcəyi düşünülür və qadınlarda menopoza yaxınlaşdıqca, estrogen səviyyələri düşməyə başlayır. Menopozdan sonra bu səviyyə çox aşağı olaraq qalır və qadınları ürək xəstəliklərinin inkişafına daha həssas edir. Əslində araşdırmalar göstərir ki, erkən menopoz keçirən qadınların ömür uzunluğu, normal və ya gec menopoz keçirən qadınlara nisbətən iki il daha aşağıdır. Bunun səbəbi isə estrogenin yüksək səviyyəli yaxşı xolesterin və aşağı səviyyəli pis xolesterin ilə əlaqəli olmasıdır. Bilirik ki, xolesterin ürək-damar xəstəliklərinin inkişafında böyük rol oynayır. Estrogen qan təzyiqini balanslaşdırmaq üçün də vacibdir, buna görə də, yaşlandıqca, bir çox qadın qan təzyiqində dəyişikliklər yaşayır.

Nə etməliyik?

Qeyd: Bəli, statistik olaraq kişilər qadınlara nisbətən ürək xəstəliyinə tutulma riskinə daha çox meyillidirlər, lakin bu o demək deyil ki, sağlam həyat tərzi yaşayan, müntəzəm idmanla məşğul olan kişi xəstəliyə, düzgün həyat tərzi olmayan, zərərli vərdişləri olan qadından tez tutulacaq.

Təəssüf ki, ürək xəstəliklərinin qarşısının alınmasını təmin edəcək sehrli müalicə yoxdur! Bununla belə, ürək-damar sisteminizə bir az əlavə dəstək vermək üçün sağlam pəhriz və həyat tərzi ilə yanaşı, götürə biləcəyiniz bir sıra faydalı vasitələr var.

Pəhriz – ən vacib amillərdən biridir. Daha sonra isə stressi minimuma endirməyə çalışın. “Bilirəm” demək etməkdən daha asandır! Stress zamanı sizi sakitləşdirməyə kömək etmək üçün istirahət və tənəffüs üsullarını məşq edin. Yüksək səsli musiqidən çəkinməyə çalışın, belə ki, bu, həddən artıq yüklənmə sizi stressə sala bilər, hətta bunu fərq etməsəniz də!

 

Məşq – İdman ürəyinizi və qan dövranı sisteminizi yaxşı vəziyyətdə saxlamağa kömək edir, həmçinin ürək xəstəliyi üçün əsas risk faktoru olan piylənmənin qarşısını alır. Oturaq işiniz və ya həyat tərziniz varsa, təxminən hər saatdan bir qalxıb hərəkət etmək üçün səy göstərməlisiniz. Çox uzun müddət oturmaq qan axınını yavaşlada bilər. Masanızda sadə ayaq məşqləri etmək belə qanı hərəkət etdirməyə kömək edə bilər. Məşq, həmçinin stress zamanı yaranan adrenalini yandıraraq stressi azaltmağa və həmçinin təbii xoş hiss hormonlarını artırmağa kömək edə bilər.publika

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90