image-rt-reklam
image-1backend

Qab yumadığına görə iki nəfər bıçaqlandı – VİDEO

image-728x90

Bakının Nizami rayonunda kirayə qalan şəxslər arasında bıçaqlanma hadisəsi baş verib.

Ulusal.az xəbər verir ki, paytaxtın Nizami rayonu B.Nuriyev küçəsi ev 75A ünvanında dava zamanı iki nəfər bıçaqlanıb. Sözügedən ünvanda beş nəfər kirayə yaşayırmış. Hadisə qab yuyulmadığına görə baş verib.

Belə ki, Rahib İsmayılov birlikdə kirayədə yaşadığı Kamal Bayramov və Sahil Dövlətovla mətbəxdə qab yuyulmadığı üçün mübahisə edib. Mübahisə zamanı Rahib cibindən çıxardığı bıçaqla hər ikisini biçaqlayıb. Xəsarət alanlar aşağı düşərək mühavizəçidən yardım istəyib.

Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edilərək məlumat verilib. Kamal və Sahil Sabunçu tibb mərkəzinə yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Rahib İsmayılov saxlanılıb.

Bu barədə ARB TV-nin “Günə Son” verilişində sujet yayımlanıb.

Daha ətraflı video məlumatı təqdim edirik:

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90