image-2000x150
image-resizerbackend

Putinin xüsusi önəm verdiyi tarixlər… – 24 fevralda nə ola bilər?

image-728x90

Rusiya-Ukrayna müharibəsinin başlamasının ildönümü olan 24 fevralda rusların yeni bir həmlə edəcəyi gözlənilir…

Hərbi-ekspert: “Rusiya-Ukrayna müharibənin ilk ilinə yaxınlaşdığımız bu günlərdə tərəflər arasında çox da aktiv döyüş əməliyyatları müşahidə olunmur”.

“Görünən odur ki, hər iki tərəf həm Ukrayna, həm də Rusiya hücum əməliyyatlarına hazırlaşır”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev yaxın günlərdə Rusiyanın Ukraynada geniş miqyaslı hücuma keçəcəyi iddiasını Poliqon.info-na şərh edərkən qeyd edib.

Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, Rusiya qoşunları Luqanskda Ukrayna Silahlı Qüvvələrinin iki müdafiə xəttini yarıb. Bildirilib ki, Ukrayna ordusu əvvəllər tutduqları mövqelərindən üç kilometr geri çəkiliblər. Bildiyimiz kimi Rusiya-Ukrayna müharibəsinin başlamasının ildönümü olan 24 fevralda rusların yeni bir həmlə edəcəyi gözlənilir. Rusiya Prezidenti Vladimir Putinin belə tarixlərə xüsusi önəm verdiyi üçün gözlər sözügedən təqvimə çevrilib.

Yaxın günlərdə Rusiyanın geniş miqyaslı hücumu mümkündür və bu hücumun uğurlu, ya da uğusuzluğu hansı nəticələr doğura bilər?

Rusiya-Ukrayna müharibəsinin bir ilini Poliqon-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Hücum əməliyyatının Moskva üçün vacib olduğunu qeyd edən ekspert bildirib ki, Rusiya hakimiyyəti müharibənin ilk ilində əldə etdikləri nəticələr barədə ictimaiyyətə açıqlama verməlidir:

“Rusiya-Ukrayna müharibənin ilk ilinə yaxınlaşdığımız bu günlərdə tərəflər arasında çox da aktiv döyüş əməliyyatları müşahidə olunmur. Əsasən mövqe döyüşlərinə, səngər döyüşlərinə üstünlük verilir. Eyni zamanda Rusiya raket zərbələrinə davam edir. Görünən odur ki, hər iki tərəf həm Ukrayna, həm də Rusiya hücum əməliyyatlarına hazırlaşır. Hücum əməliyyatı Moskva üçün ona görə vacibdir ki, Rusiya hakimiyyəti müharibənin ilk ilində əldə etdikləri nəticələr barədə ictimaiyyətə açıqlama verməlidir.

Ukrayna isə Qərbdən əvvələr əldə edə bilmədiyi hücum silahlarını indi əldə edir. Ola bilsin ki, Ukrayna fərqli istiqamətlərdən əks hücum etsin. Amma hər bir halda yaz və yay kampaniyasının Ukraynada daha şiddətli döyüşlərlə müşahidə olunacağı şübhəsizdir.

Rusiyanın əks hücumlarda ciddi nailiyyətlər əldə edəcəyini düşünmürəm. Çünki Ukraynanın silahlandırılması üçün son dəfə keçirilən Ramştayn 9 görüşündə Kiyevə ciddi miqdarda hava hücumundan müdafiə sistemləri, zirehli vasitələr, sursatlar, hava hücumundan müdafiə kompleksləri üçün raketlər və arteriya sistemlərinin verilməsi ilə bağlı qərarlar qəbul olundu. Bu silahları Ukraynanın qısa bir müddətdə əldə etməsi Rusiyanın yaxın perspektivdə ciddi məğlubiyyətləri ilə nəticələnə bilər.

Onu da nəzərə çatdırım ki, burada əsas olan fakt bu silahların Ukraynaya ən qısa müddətdə verilməsilməsidir. Həmçinin heyətlərinin, ekipajların, eyni zamanda da texniki servis xidmətlərinin bir an öncə təşkil edilməsi də əsas faktlardan biridir. Yəni müddət göstəriciləri bu müharibənin taleyindən çox kritik rol oynayacaq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90