image-rt-reklam
image-1backend

Putinin tələbə yoldaşına da sanksiya tətbiq edildi

image-728x90

Avstraliya rusiyalı müxalifət lideri Yuliya Navalnayanın ölkəyə səfəri ərəfəsində bir sıra rusiyalı rəsmilərə, iş adamlarına qarşı sanksiyalar tətbiq edib.

Ulusal.az Modern.az-a istinadan xəbər verir ki, siyahıya Moskva merinin müavini Maksim Liksutov, Mərkəzi Bankın sədrinin keçmiş birinci müavini Kseniya Yudaeva, fövqəladə hallar nazirinin müavini Denis Popov, Baş nazirin keçmiş müavini Yuri Borisov, Tatarıstanın keçmiş prezidenti Radik Şamiyevin oğlu, milyarder Andreik Şamiyev, milyarder Andrey Şamiyev daxildir.

“Qara siyahı”ya salınanlar arasında azərbaycanlı biznesmen İlham Rəhimov da var. O, cəmiyyətdə daha çox Rusiya Prezidenti Vladimir Putinin dostu kimi tanınır.

Avstraliya Xarici İşlər Nazirliyi onları Ukraynanın işğalına və Rusiya daxilində repressiyalara görə məsuliyyət daşıdığını bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90