image-2000x150
image-1backend

Putinin “paranoik qorxusu”… – “Onun qərarları qorxduğu hadisələri sürətləndirdi”

image-728x90

Vladimir Putin Qərbin Rusiyanın dünyada gücünü məhdudlaşdırmaq niyyətindən “paranoik qorxu” yaşayır ki, bu da onun hərbiyə rekord məbləğdə vəsait xərcləməsinə səbəb olub.

Bunu ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heyns mayın 2-də ABŞ Konqresində keçirilən dinləmələr zamanı deyib.

Heyns qeyd edib ki, Putin vəziyyətdən yeganə çıxış yolunu güclü ordu yaratmaqda görür: “Putin Rusiyanın təhlükə altında olduğuna inanmaqda davam edir və daha böyük, daha yaxşı təchiz edilmiş ordunun bu mesajı Qərbə və yerli auditoriyaya çatdıracağını güman edir”.

Onun fikrincə, Putin NATO-nun genişlənməsini və Qərbin Ukraynaya dəstəyini ABŞ və Avropanın Rusiyanın gücünü məhdudlaşdırmağa yönəldiyini düşünür. Kəşfiyyat rəhbəri hesab edir ki, Putinin qorxusu paranoya halı alıb. Baxmayaraq ki, NATO dəfələrlə Rusiyaya qarşı aqressiv məqsədlərinin olmadığını izah etməyə çalışıb.

Bununla yanaşı, Heyns qeyd edib ki, Putinin qərarları onun qorxduğu hadisələri sürətləndirdi və nəticədə onillər boyu neytrallığını saxlamış Finlandiya və İsveç kimi dövlətlər NATO-ya daxil oldu və alyansın genişlənməsi sürətləndi.

Heynsin sözlərinə görə, Kreml rəhbəri müdafiə xərclərini Rusiyanın ÜDM-inin təxminən 7%-nə qədər artırıb. Bu, tarixi orta göstəricidən təxminən iki dəfə çoxdur və Rusiyanın müdafiə büdcəsi indi bütün federal xərclərin təxminən 25%-ni təşkil edir.

Heyns Rusiyanın Ukraynaya qarşı müharibədə daha aqressiv taktikalara əl atacağını proqnozlaşdırıb və müharibənin tezliklə bitmək ehtimalının olmadığını vurğulayıb.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90