image-2000x150
image-8backend

PUTİNİN KRIMDAKI SARAYININ BİLİNMƏYƏNLƏRİ – Silahlı dalğıclar, 24 saat mühafizə, xüsusi kameralar…

image-728x90

Rusiya Prezidenti Vladimir Putinin Krımdakı “Olivye” malikanəsi ilə bağlı diqqətçəkən detallar ortaya çıxıb.

Ulusal.az xəbər verir ki, bu barədə bir müddət həmin malikanədə çalışan, lakin daha sonra Rusiyanı tərk edərək Ekvadora yerləşən Putinin keçmiş mühafizəçisi Vitali Brijati “TV Rain” telekanalına müsahibə verib. O, Rusiya liderinin şəxsi həyatı ilə bağlı da bir sıra məlumatları bölüşüb.

2014-cü ildə Krımda Putinin şəxsi iqamətgahlarından birində işləyən Vitali Brijati deyib ki, Rusiya lideri öz mühafizəçilərinə belə etibar etmədiyindən onun harada qalacağı ilə bağlı daim yanlış məlumatlar ortaya atılıb.

“Məsələn, deyirdilər ki, Putin şəxsi iqamətgahında dincəlir. Hamını onu qorumaq üçün ora səfərbər edirdilər. Lakin sonra məlum olurdu ki, Putin burda yoxdur. O, ümumiyyətlə aidiyyəti olmayan bir yerdə ortaya çıxırdı”, – Brijati deyib.

Qeyd edək ki, beynəlxalq mətbuatda Putinin milyonlarla dollar dəyərində olan şəxsi malikanələri haqqda saysız-hesabsız məlumatlar dərc olunsa da, Krımdakı “Olivye” iqamətgahıyla bağlı geniş məluatlar yoxdur. Araşdırmaçı jurnalistlər hesab edirlər ki, “Olivye”-də digər iqamətgahların əksinə lüks görüntüyə yox, gizliliyə önəm verilib. Ona görə də bu malikanəylə bağlı mətbuata məlumat sızdırılmayıb.

Sır gibi saklanan malikane Olivye: Silahlı dalgıçlar devriye geziyor, çamaşır makinesinin bile özel operatörü var

Sözügedən iqamətgahda həmişə təzə yeməklərin və çiçəklərin olduğunu bildirən Brijati bunları deyib: “Bura fantastik yerdir. Fitnes mərkəzləri, fəvvarələr, parklar, çay evi və çimərlik var. Putin bu iqamətgahdan çox az istifadə etsə də, ərazi 24 saaat qorunur. Çünki heç kim Putinin nə vaxt gələcəyini bilmir. Həmçinin burada Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedev və Rusiya Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun da bağ evləri var”.

Putin üçün təhlükəsizliyin hər şeydən önəmli olduğunu bildirən Brijati qeyd edib ki, Ukrayna müharibəsindən sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib:“Mühafizə itlərinin sayını belə üç dəfə artırıblar. Malikanəyə müki şəxslərin daxil olmasına icazə verilmir. Bura daxil olan hər kəsin cib telefonları alınır. Federal Mühafizə Xidmətinə bağlı silahlı dalğıclar daim dəniz altında patrul xidməti icra edirlər. “Olivye”də təhlükəsizlik tədbirləri o qədər sərtdir ki, hətta paltaryuyan maşında belə xüsusi kamera var”.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90