image-rt-reklam
image-1backend

“Putinə zəng etməyəcəyəm — Orbanın təcrübəsi hamıya dərs olmalıdır” – Almaniya lideri türk qızına açıqlama verdi

image-728x90

Ulusal.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merts “Pinar Atalay” verilişində çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinə niyə zəng etmədiyini izah edib. Onun sözlərinə görə, Putinlə dialoqa cəhd edən hər bir lider nəticədə daha sərt hücumlarla üzləşir.

“Əlbəttə, bu barədə düşünürəm. Amma görürəm ki, onunla hər hansı danışıq cəhdi Ukraynaya qarşı daha amansız hücumlarla bitir. Buna görə də mən bu yolla getmək istəmirəm”, – deyə Merts vurğulayıb.

Kansler həmçinin bildirib ki, ötən həftə Danimarkanın paytaxtı Kopenhagen şəhərində Macarıstanın baş naziri Viktor Orbanla kəskin fikir mübadiləsi yaşayıb.

Friedrich Merz bei "Pinar Atalay": In aller Flauschigkeit | DIE ZEIT

“Orban bizi danışıqlar aparmaq istəməməkdə ittiham etdi. Mən isə ona dedim: ötən ilin iyulunda, Macarıstan Avropa İttifaqı Şurasına sədrlik edəndə, sən həm Kiyevdə, həm də Moskvada idin. Amma Putin buna cavab olaraq Kiyevdəki uşaq xəstəxanasını bombaladı. Mən belə ‘diplomatiya’ yolu ilə getmək istəmirəm,” – deyə Almaniya kansleri bildirib.

Merts bu bəyanatla Qərb liderləri arasında artan qətiyyətli mövqeyi təmsil edir — yəni, Kremlin “sülh danışıqları” adı altında reallaşdırdığı hiyləgər taktikalara qarşı açıq rədd cavabı verir.

Merz im neuen Atalay-Talk: Der Tag wird kommen, an dem Putin sprechen will  | Politik | BILD.de

Hazırda Almaniya hökuməti Rusiya ilə hər hansı təmasın mənasız olduğunu, əksinə, yalnız Ukraynaya hərbi və siyasi dəstəyin artırılmasının real nəticə verəcəyini vurğulayır.

Bundan əvvəl qeyd etdiyimiz kimi, Pınar Atalay kökıncə türkdür, Almaniyanın ən məşhur teleparacılarından biridir.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90