image-rt-reklam
image-1backend

PUTİNDƏN SONRA NƏ BAŞ VERƏCƏK? – “Müharibə davam edə bilməz”

image-728x90

“Rusiyalılar Pekində tətili Parisə səfərdən üstün tutmayacaq”

Ukraynada müharibənin dəqiq nə vaxt bitəcəyini heç kim deyə bilməsə də, bu prosesin xeyli dərəcədə Vladimir Putinin qərarlarından asılı olduğu şübhə doğurmur. Ümumiyyətlə, Rusiya və Ukraynanın gələcək taleyi, onların Qərblə münasibətləri xeyli dərəcədə müharibənin nəticəsindən asılıdır. Nə zamansa müharibə və Putinin Rusiya başçısı kimi varlığı bitəcək. Bəs o zaman Rusiyada nə baş verəcək, Rusiya-Qərb münasibətləri hansı məcrada inkişaf edəcək?

Ulusal.az xəbər verir ki, tarix elmləri doktoru, Harvard Universitetinin professoru Sergey Ploxiy xarici KİV-ə müsahibəsində deyib ki, Vladimir Putinin ölümündən sonra təcrid olunmuş Rusiyanı çox çətin dövr gözləyir. Hətta bu zaman Rusiyanın parçalanması ehtimalı da var: “Bu ola bilər, olmaya da bilər. Amma müharibə bir böhrandır və aydındır ki, bu müharibə Putindən sonra davam edə bilməz. Çünki bu sarsıntılar çoxlarının, o cümlədən Rusiya biznesinin maraqlarına uyğun deyil. Tektonik dəyişikliklər, sarsıntılar olacaq. Bu nöqteyi-nəzərdən, artıq demək olar ki, de-fakto müstəqil fəaliyyət göstərən Çeçenistan kimi bölgələrin Rusiyadan uzaqlaşması baş verə bilər. Elə hazırda da faktiki olaraq, Rusiya Kadırova haqq verir…”

Tarixçi hesab edir ki, böyük miqyaslı müharibə Rusiya üçün tamamilə faydasızdır: “Mən inanmıram ki, indiki nəsil rusiyalılar, məsələn, Pekində tətili Parisə səfərdən üstün tutacaq. Onlar (Putindən sonra-red.) bir növ geri çəkilməyə və Avropa ilə körpülər qurmağa, qayıtmağa üstünlük verəcəklər. Çünki Rusiya imperiyası və müasir elitası təhsil və digər məsələlər baxımından özünün pik nöqtəsində məhz Avropaya istinad edib”.

Onun fikrincə, faktiki tiran və ya diktator tipli liderin ölümündən sonra onun varisləri arasında həmişə müəyyən seçim imkanı və mübarizə yaranır: “Onlardan (varislərdən-red.) heç biri Rusiyanın özünə bu qədər zərərli olan siyasəti davam etdirəcək qədər güclü olmayacaq… Bu, tarixçi baxışıdır. Biz sabahı görə bilmərik, ancaq mülahizələr irəli sürə bilərik. Bu, son 100 ildə Rusiya tarixi baxımından ən çox ehtimal olunan ssenaridir. Orada Lenindən Stalinə qədər necə dəyişikliklər baş verdi, Stalinin ölümündən sonra varislər arasında rəqabət necə oldu… Bu, totalitar rejimlərdə kursu dəyişmək üçün bir fürsətdir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90