image-rt-reklam
image-882773_srcbackend

​Putin Zelenski ilə görüşə hazırdır

image-728x90

Ulusal.az xəbər verir ki, ​Rusiya prezidenti Vladimir Putin Ağ Ev rəhbəri Donald Trampa ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib.

​AFP-nin məlumatına görə, bu xəbəri Rusiya prezidenti Donald Trampa çatdırıb. Axios isə bildirir ki, Tramp Putinin Zelenski ilə görüşünü avqust ayının sonuna qədər təşkil etməyi planlaşdırır.

​ABŞ prezidenti Donald Tramp Zelenski və Putin arasında mümkün görüş barədə məlumat verib. Onun sözlərinə görə, artıq hazırlıq işlərinə başlanılıb, lakin görüşün yeri daha sonra müəyyən ediləcək. Tramp həmçinin qeyd edib ki, Ukraynanın təhlükəsizliyinə təminatlar ABŞ-ın koordinasiyası ilə Avropa ölkələri tərəfindən veriləcək.

​Amerikalı lider bu məsələnin Zelenski və Avropalı liderlərlə keçirdiyi “çox yaxşı görüşdə” müzakirə edildiyini və danışıqları “çox səmərəli” adlandırıb. O bildirib ki, Rusiya və Ukrayna liderlərinin danışıqlarından sonra Putin, Zelenski və özünün iştirakı ilə üçtərəfli görüş keçiriləcək.

​Tramp, ABŞ-ın vitse-prezidenti J.D. Vens, dövlət katibi Marko Rubio və prezidentin xüsusi elçisi Stiv Vitkoffun Rusiya və Ukrayna arasında münaqişənin həlli üzrə təşəbbüsləri koordinasiya etmək üçün təyin olunduğunu da açıqlayıb.

​Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, Tramp Putinə Zelenski və Avropa liderləri ilə danışıqlarının nəticələri barədə məlumat verib. Onun sözlərinə görə, telefon söhbəti zamanı gələcək birbaşa danışıqlar üçün Rusiya və Ukrayna nümayəndələrinin səviyyəsinin artırılması ideyası müzakirə olunub.

​Putin və Tramp həmçinin Moskva və Kiyev nümayəndə heyətləri arasında birbaşa təmasların qurulmasını dəstəklədiklərini bildiriblər. Uşakovun sözlərinə görə, Putinlə Tramp arasında telefon danışığı təxminən 40 dəqiqə davam edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90