image-rt-reklam
image-1backend

PUTİN YENİ KOALİSİYA YARADIR… – ABŞ kəşfiyyatı nədən narahatdır?

image-728x90

Vladimir Putinin Şimali Koreyaya səfəri dünya KİV-inin əsas gündəm mövzularından biri olaraq qalmaqdadır. \

“The Times” nəşri Putinin bu səfərini “çarəsizlik addımı” kimi qiymətləndirib. Qeyd edib ki, əgər SSRİ dövründə, eləcə də Putinin hakimiyyəti ərəfəsində – 24 il əvvəl Rusiya KXDR üçün üst səviyyəli tərəfdaş, hətta “böyük qardaş” idisə, indi Moskva Pxenyanın “izqoy” statusunu bölüşür və onunla bərabərləşib. Hətta Rusiya silah-sursat baxımından Şimali Koreyadan asılı vəziyyətə düşüb.

“The Times” yazır ki, Vladimir Putin bu həftə 24 ildə ilk dəfə Şimali Koreya torpağına ayaq basanda bunu “böyük qardaş kimi yox, ehtiyacı olan dost kimi” edib.

Amerika Müharibə Araşdırmaları İnstitutu isə son hesabatında yazır ki, Vladimir Putin Qərblə soyuq münasibətlərdə olan ölkələrin iştirakı ilə NATO-ya alternativ koalisiya yaratmaq istəyir. Söhbət SSRİ ilə tarixən isti əlaqələri olan ölkələrdən gedir.

Qeyd olunur ki, Vyetnama səfəri ərəfəsində Putin Vyetnam dövlət qəzetində Şimali Koreyanın “Rodong Sinmun” qəzetindəki məqaləsində olduğu kimi, eyni rəvayətlərdən və tezislərdən istifadə etməklə, məqalə dərc etdirib: “Putin Sovet İttifaqının “xarici işğalçılara qarşı qəhrəmancasına mübarizə” adlandırdığı Vyetnam müharibəsi zamanındakı dəstəyinin tarixçəsinə toxunub. Eləcə də “müstəqil xarici siyasət” yürütdüyünə və “millətlər arasında bərabərlik və daxili işlərə qarışmama prinsiplərinə” əsaslanan dünya nizamını dəstəklədiyinə görə Vyetnamı tərifləyib. Necə ki, 18 və 19 iyunda Şimali Koreyanı tərifləmişdi.

 

Rusiya prezidenti iddia edib ki, guya Vyetnam da Şimali Koreya kimi Rusiyanın yeni “bərabər və bölünməz Avrasiya təhlükəsizliyi” sisteminin formalaşdırılması ilə bağlı fikirlərini bölüşür. Baxmayaraq ki, Vyetnam, Cənub-Şərqi Asiyanın əksər hissəsi kimi, adətən Avrasiyanın siyasi konsepsiyalarına daxil edilmir…

Soyuq Müharibə bitdikdən sonra Rusiyanın hərbi gücü zəifləsə də, Şimali Koreya böyük bir ordunu təchiz etmək işində qalır. Beynəlxalq təcridin uzun təcrübəsinə malik olan Pxenyan həm də tərəfdaşına(Rusiyaya-red.) Qərbin sanksiyalarından, xüsusən də maliyyə sanksiyalarından yayınmağa kömək edə bilər.

Bunun müqabilində nə alacaq? Bir tərəfdən, onun bərbad vəziyyətdəki kənd təsərrüfatı sektorunu kompensasiya etmək üçün ərzaq, digər tərəfdən, kosmos və silah sahəsində texnologiyalar.

ABŞ kəşfiyyatı Rusiyanın KXDR-ə sualtı qayıqlardan buraxılan nüvə raket sistemi yaratmaq üçün texnologiya və təcrübə ötürməsindən xüsusilə narahatdır. Şimali Koreya quruda yerləşən ballistik raketlərlə sınaq mərhələsini keçib: onun texnologiyası artıq yetişib. Lakin bu cür sistemlər ABŞ-nin qabaqlayıcı zərbəsinə qarşı həssasdır.

Sualtı qayıq qüvvəsi isə Kimə Sakit okeandakı Amerika hədəflərinə və ABŞ müttəfiqlərinə qarşı cavab zərbələri endirmək üçün vasitələr verəcək.

Rusiya bu halda KXDR-ə taktiki nüvə silahı ilə də kömək edə bilər. “Bədxah Qərb” qarşısında əbədi dostluq və həmrəylik” söhbəti fonunda, Avrasiya diktaturaları arasında dərinləşən müttəfiqlik ortaq sağ qalmaq istəyinə əsaslanır. Bu yay Putinin Ukrayna ərazisini ələ keçirmək və danışıqlar üçün əlverişli mövqe tutmaq üçün son şansı ola bilər…”

“The Wall Street Journal” da yazır ki, Putin özünü ABŞ-nin düşmənləri ilə əhatə edir: “Rusiyanın İran, Şimali Koreya və Çinlə hərbi əməkdaşlığı Ukraynada müharibə başa çatdıqdan xeyli sonra da ABŞ və onun müttəfiqlərini təhdid edə biləcək şəkildə genişlənib”.

 

Bir sözlə, görünən odur ki, Putinin Ukraynada başlatdığı və tezliklkə qələbə ilə başa vuracağına ümid etdiyi, lakin yanıldığı “xüsusi hərbi əməliyatı” qlobal qarşıdurmaya çevrilmək istiqamətində sürətlə hərəkət edir. Rusiyanın son “vurnuxmalarının” bəşəriyyət üçün yaxşı nə iləsə bitəcəyi ehtimalı isə təbii ki, yüksək deyil“AzPolitika.info” 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90