image-rt-reklam
image-1backend

Putin və Trampın telefon danışığının detalları budur – Peskov

image-728x90

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışıqları dostluq şəraitində keçib. Ulusal.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.

“Kommersant” yazır ki, o, hər iki tərəfdən “konstruktiv” və “işçi” münasibət olduğunu qeyd edib.

Fevralın 12-də telefon danışığı zamanı Tramp və Putin Ukraynada hərbi əməliyyatların dayandırılması məsələsini müzakirə ediblər.

Rusiya prezidenti münaqişənin səbəblərini aradan qaldırmağın vacibliyini vurğulayıb, Tramp isə tezliklə atəşkəsin tərəfdarı olub.

Daha əvvəl Dmitri Peskov bəyan etmişdi ki, Moskva “indiki ABŞ administrasiyasının mövqeyini daha çox bəyənir”.

Öz növbəsində Donald Tramp “Truth” sosial şəbəkəsində Vladimir Putin, sonra isə Ukrayna prezidenti Vladimir Zelenski ilə apardığı danışıqların “möhtəşəm” olduğunu yazıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90