image-rt-reklam
image-1backend

Putin və Ərdoğan nə vaxt görüşəcək? – Kremldən AÇIQLAMA

image-728x90

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında təmasların vaxtı hələ müəyyən edilməyib.

Ulusal.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Ümumilikdə ən yüksək səviyyədə təmaslar hazırlanır… Rusiya-Türkiyə təmaslarının vaxtı hələ müəyyən edilməyib, lakin bunun yaxın gələcəkdə baş tutacağı ehtimalı var”, – Peskov dedi.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putini martın 31-də keçiriləcək yerli seçkilərdən sonra qəbul edəcəyini gözlədiyini bildirmişdi. “RİA Novosti”-nin Türkiyə prezident administrasiyasındakı mənbəsi daha əvvəl bildirmişdi ki, Rusiya liderinin səfəri şərti olaraq aprelin ortaları – mayın əvvəllərində baş tuta bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90