image-rt-reklam
image-1backend

Putin Trampı aldatdı: ABŞ Rusiyaya qarşı sərt addımlar atacaq – Bessent

image-728x90

Ulusal.az xəbər verir ki, ABŞ maliyyə naziri Skott Bessentin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Trampla danışıqlardan sonra Ukraynaya hücumları daha da gücləndirib.

ABŞ-ın maliyyə naziri Skott Bessent Fox News telekanalına verdiyi müsahibədə bildirib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampı aldadıb və Alyaskada baş tutan görüşdən sonra Ukraynaya qarşı bombardman kampaniyasını daha da intensivləşdirib.

Nazirin sözlərinə görə, Putin Ankoricdəki görüş və telefon danışığından sonra, eləcə də ertəsi həftə Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski ilə Trampın Ağ Evdə görüşü zamanı göstərdiyi niyyətlərin tam əksinə hərəkət edib.

“O, dəhşətli şəkildə bombardmanları artırdı. Bu, açıq-aşkar aldatmadır”, – deyə Bessent vurğulayıb.

Nazir əlavə edib ki, ABŞ Rusiyaya qarşı bütün mümkün sanksiya variantlarını nəzərdən keçirir:

“Düşünürəm ki, biz bu həftə bu variantları çox diqqətlə araşdıracağıq”, – deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ daha əvvəl Rusiya ilə Ukrayna arasında sülh razılaşmasına nail olunmaması halında Moskvanı yeni sanksiyalarla hədələyib. Bu barədə BMT Təhlükəsizlik Şurasının Ukraynaya qarşı genişmiqyaslı hücumdan sonra çağırılmış iclasında məlumat verilib.

Bundan əlavə, Avropa İttifaqı da ilk dəfə olaraq ikincil sanksiyalar tətbiq etmək imkanını nəzərdən keçirir. Bloomberg agentliyinin yazdığına görə, bu sanksiyalar Moskvanın mövcud məhdudiyyətləri aşmasına yardım edən ölkələrə qarşı tətbiq oluna bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90