image-rt-reklam
image-1686731701_putin-reu-1912474_2backend

“Putin təkbətək danışıqlardan buna görə qaçır”-Politoloq

image-728x90

Artıq bir neçə gündür ki, Ukrayna və Rusiya liderlərinin İstanbulda görüşəcəkləri ilə bağlı məlumat media resurslarında yayımlanır. Tramp danışıqlar üçün etdiyi təklifi ilk olaraq Ukrayna prezidenti Volodimir Zelenski dəyərləndirdi və Putini İstanbula dəvət etdi. Ancaq bu gün məlum olub ki, Putin İstanbula getməkdən imtina edib.

“Putin təkbətək görüşdən məhz etdiyi dəhşətli qırğınlara görə qaçır. Sözsüz Zelenski üzbəüz görüşdə Putindən cavab ala bilməyəcəyi suallar verəcəydi. Məhz buna görə Putin İstanbul görüşündən imtina edib”– bu fikirləri Ulusal.az saytına açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq hesab edir ki, bu görüşə Putin özünə yaxın olan şəxsləri göndərəcək.

“Rusiya prezidenti Vladimir Putin sabah İstanbula getməyəcək və  İstanbula böyük ehtimalla  Lavrov və ya  Uşakov gedəcək.Çünki Putin Rusiya eleqraxiyası qarşısında nüfüzunu da itirmək istəmir. Putin İstanbula getsə müəyyən güzəştə getmək şansı ola bilər ki, bu da onun nüfuzuna ciddi zərbə vura bilər. Reallıq ondan ibarətdir ki, hal-hazırda Putin özü də bu savaşı dayandırmaq istəyir. Çünki ölkə iqtisadiyyatı artıq çökmüş bir vəziyyətdədir. Bir sözlə sülh həm Ukrayna, həm də Rusiya üçün bu dəqiqə hava su kimi lazımdır”– deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90