Rusiya prezidenti Vladimir Putin bildirib ki, hazırda əsas odur ki, Müdafiə Nazirliyi üçün Kursk vilayətində aktual problemlər həll olunsun, düşmən regiondan çıxarılsın.
Putin bununla bağlı Təhlükəsizlik Şurasının iclasında danışıb.
“Baş verən hadisələrə mütləq qiymət verilməlidir və bu da ediləcək, lakin indi əsas məsələ müəyyən bir zamanda yaranan cari problemləri həll etməkdir. Əsas vəzifə, əlbəttə ki, Müdafiə Nazirliyinin qarşısındadır: düşməni sıxışdırıb ərazilərimizdən çıxarmaq və sərhəd xidməti ilə birlikdə dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmək”, – deyə Putin əməliyyat müşavirəsində bildirib.
Onun sözlərinə görə, düşmənin bundan sonra da sərhədyanı rayonlarda vəziyyəti sabitsizləşdirməyə çalışacağı Rusiyaya aydındır.
İclasda iştirak edənlər arasında müdafiə naziri Andrey Belousov, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, FTX-nin direktoru Aleksandr Bortnikov, Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev, Rusiya Qvardiyasının rəisi Viktor Zolotov, həmçinin Rusiya Federasiyası Prezidentinin köməkçisi Aleksey Dyumin olub.