image-rt-reklam
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Putin “taxıl sazişi”ndən buna görə imtina edir”- Arzuman Muradlı

image-728x90

“Kreml tarixi səhvə imza ataraq, taxıl sazişini imzalamaqdan imtina etdi. Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə taxıl anlaşmasını uzatmayıb, ancaq “bu məsələyə qayıda bilərik” cümləsiylə beynəlxalq aləmə mesaj da göndərib. Amma Rusiyanın bu çətin iqtisadi durumda addımı atması iqtisadi tənəzzülə səbəb ola bilər” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, Rusiya iqtisadiyyatı indi çökmüş bir durumdadır.

“Türkiyə həm Rusiyanın, həm də Ukraynanın taxılını Avropaya və Asiyaya çatdırmaqla məşğul idi. Amma Rusiya bu sazişdən çıxmaqla öz iqtisadiyyatına zərbə vurmuş oldu. Putin bu sazişdən birdəfəlik imtina edə bilərmi?Amma Rusiya prezidenti  öz çıxışında bu sazişdən birdəfəlik imtina etmədiyini dilə gətirməklə demək istəyib ki, onun tələbləri yerinə yetirilsə taxın sazişinin müddətini bir neçə ay uzada bilər. Putin Ukrayna taxılının dünya bazarlarında satılması halında Rusiyanın kənd təsərrüfatı məhsullarının Qara dəniz üzərindən satıla bilmədiyini bildirib. Putin bu səbəbən anlaşmanı uzatmadığını vurğulayıb. Qərb Putinin şərtlərini yerinə yetirməyəcək. Anormal durumdur. Əslində taxıl sazişinin mahiyyəti budur ki, Rusiya hərbi gəmiləri Ukrayna limanlarını və bu limanlardan dünya bazarlarına taxıl daşıyan gəmiləri hədəf almamalıdır. İndi belə çıxır ki, anlaşma uzadılmayıbsa Ukrayna limanlarından dünya bazarlarına taxıl ixrac etmək istəyən gəmilər hədəf halındadır. Kreml Ukraynanı əsas gəlir mənbəyindən məhrum etmək istəyir.” -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90