image-2000x150
image-1backend

Putin Şoyqunu buna görə Belausovla əvəzləyir: Sabiq həmkarı sızdırdı

image-728x90

Rusiya hakimiyyəti Müdafiə Nazirliyinin işini optimallaşdırmaq istəyir, ona görə də idarənin yeni rəisi vəzifəsinə Andrey Belousov təklif olunub.

Ulusal.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti vəzifədən çıxarılan Sergey Şoyqunun sabiq həmkarına istinadən məlumat yayıb.

“Kreml nazirliyə onun fəaliyyətini optimallaşdırmağı bacaracaq iqtisadçının rəhbərlik etməsini istəyir. Müdafiə Nazirliyi effektiv və yaxşı idarə olunmalıdır”, – deyə nəşr onun sözlərini sitat gətirib.

Keçmiş rəsmi eyni zamanda vurğulayıb ki, hərbi əməliyyatlarla bağlı məsələlərdə “faktik qərarlar hərbçilərdə qalır”.

Bundan əvvəl “Time” jurnalı yazıb ki, Rusiya prezidenti Vladimir Putin Belousova etibar edir və bu, onun nazir postuna namizədliyini müəyyənləşdirib.

Rusiya prezidenti mayın 12-də müdafiə departamentinə 12 il rəhbərlik etmiş Sergey Şoyqunun yerinə baş nazirin sabiq müavini Belousovun namizədliyini təklif edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90