Rusiya prezidenti Vladimir Putin beynəlxalq iqtisadi əməkdaşlıq mövzusunda çıxışı zamanı ölkəsinin siyasəti ilə bağlı açıqlama verib.
Ulusal.az xəbər verir ki, Putin bildirib ki, Moskva heç kimdən üz çevirməyib və əməkdaşlığa açıqdır:
“Rusiya heç kimdən üz çevirməyib. Bizim siyasətimiz açıqdır və biz tərəfdaşlarla işləməyə davam edirik”.
V.Putin həmçinin əlavə edib ki, Moskva heç bir ölkənin inkişafına mane olmaq niyyətində deyil:
“Biz heç kimə təkər altına çubuq soxmaq istəmirik. Əksinə, əməkdaşlığı gücləndirməyə çalışırıq”.