image-rt-reklam
image-1backend

Putin razılıq verməsə nə olacaq? – “Tramp daha sərt…”

image-728x90

Bu gün ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutacaq görüşün əsas mövzusu Ukrayna olacaq.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru və politoloq Fərhad Məmmədov Yenisabah.az-a açıqlamasında bildirib ki, tərəflərin razılığa gəlməsi üçün Ukraynanın buna hazır olması vacibdir, lakin hazırda bu, mümkün görünmür.

“Trampın yanaşması ilə Putinin yanaşması tamamilə fərqlidir. Putin daha çox güzəşt tələb edir, Zelenski isə buna getməyəcək. Belə olan halda, danışıqlar Ukrayna problemi əsas mövzu olsa da, daha çox ABŞ–Rusiya münasibətlərinə müsbət təsir göstərəcək. pizza hut

Rusiyanın istəyi işğal olunmuş ərazilərin hüquqi baxımdan Rusiyaya qatılıb ABŞ tərəfindən tanınmasıdır. Bu, mümkün deyil. ABŞ tərəfi yalnız atəşkəsin təmin olunmasını istəyir. Lakin Moskva buna razı deyil. Onların əsas məqsədi həmin ərazilərin Ukrayna və Qərb dövlətləri tərəfindən tanınmasıdır”.

F. Məmmədov hesab edir ki, əgər razılaşma alınmasa Tramp Putinə qarşı daha sərt siyasi sanksiyalar tətbiq edəcək:

“Onun məqsədi Rusiya ilə münasibətləri elə davam etdirməkdir ki, Ukrayna ABŞ üçün problem yaratmasın. Artıq Ukraynaya silah tədarükünü dayandırıb, Avropanın gəlirləri hesabına satış həyata keçirir. İndi isə Rusiyanı müəyyən sahələrdə məhdudlaşdırır və Moskvadan istədiyi güzəştləri almaq üçün bu danışıqları aparır.

Bundan əlavə, Rusiya nəzarətində olan əraziləri özününküləşdirmək istəyir, amma bu alınmır. İqtisadi vəziyyətləri də o qədər yaxşı deyil. NATO-nun dağılmasını planlaşdırırdılar, lakin əksinə, alyansın əlaqələri daha da möhkəmləndi və ABŞ ilə münasibətlər gücləndi. İndi Rusiyanın məqsədi heç olmasa, sanksiyaların tətbiq edilmədiyi sahələrdə ABŞ ilə əməkdaşlıq etməkdir. Amma bu da qeyri-mümkündür”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90