“Rusiya Prezidenti Vladimir Putin qorxurdu ki, Ukrayna yeni nüvə silahına sahib olacaq və “bunun sabahısı gün raketlər Moskvaya doğru uçacaq”.
Ulusal.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden son müsahibəsində deyib.
Vəzifəsini tərk etməkdə olan ABŞ prezidenti Putinlə söhbətlərindən biri haqqında danışıb, lakin bunun nə vaxt baş verdiyini deməyib.
Onun sözlərinə görə, bu söhbət Putinin taktiki nüvə silahından istifadə barədə danışmasından sonra baş verib: “Putin dedi: “Mən bilirəm ki, sabah məni Ukraynadan çıxara bilərsiniz. Moskvaya zərbə vura bilərsiniz”.
Düşündüm ki, bu adam taktiki nüvə silahından istifadə etmək istəyir. Ancaq xeyr, mən bunu etmək istəmirəm. Avropadakı taktiki nüvə silahları hamını, o cümlədən rusları qorxudur. Mən bunu ona aydın başa saldım. O, mənə Ukraynada nüvə silahının olmadığına və onların NATO üzvü olmayacaqlarına əmin olmaq istədiyini dedi. Mən dedim ki, bu, problem deyil. Biz artıq nüvə silahını götürmüşük. O, orada yoxdur. Biz onu geri qaytarmaq fikrində deyilik və onlar öz sistemini əhəmiyyətli dərəcədə dəyişməyincə NATO-nun bir hissəsi olmayacaqlar. Biz bacarsaq, onların böyüməsinə kömək etməyə davam edəcəyik, lakin bu iki şey baş verməyəcək. Ancaq siz də girib onların ərazilərini götürməyəcəksiniz. Siz bu əraziyə iddia etməyəcəksiniz”.