image-rt-reklam
image-1backend

Putin orduya göstəriş verdi: bu tarixə qədər Kursku alın!

image-728x90

Kursk əməliyyatı Rusiya prezidenti Vladimir Putinin nüfuzuna zərbə vurub. O, öz qoşunlarına Ukrayna Silahlı Qüvvələrini oktyabrın 1-dək Kursk vilayətindən çıxarmağı əmr edib.

Ulusal.az xəbər verir ki, bu barədə “Forbes” yazıb.

Böyük Britaniyanın müdafiə naziri Con Healey bildirib ki, Kursk əməliyyatı Putini təzyiq altında qoyub.

Məlum olub ki, çərşənbə günü rus qoşunları Ukrayna zolağının Qərb kənarı boyunca əks hücuma keçib.

“Rusiyanın ukraynalıları Kursk bölgəsindən sıxışdırıb çıxarmaq üçün əks-hücumları rəsmən başlayıb”, – finlandiyalı analitik Joni Askola qeyd edib.

Ruslar sərhəddən bir neçə kilometr şimalda Seym çayının cənubunda yerləşən Snaqosk kəndini hədəfə alıblar. Əsas hücumda Rusiya Federasiyasının 51-ci hava desant alayının ən azı səkkiz tankı və digər zirehli texnikası iştirak edib. Əks-hücumdan bir neçə saat keçsə də, kənddə döyüşlər hələ də davam edir.

Eyni zamanda, əlavə rus bölməsi Kursk vilayətində ukraynalıların sağ cinahında yerləşən Ulanok kəndinə yerləşiblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90