image-rt-reklam
image-1200_0_1757341901-2821backend

Putin  müharibəni gücləndirir, Qərb qorxuya düşüb– The Telegraph

image-728x90

“The Telegraph” yazır ki, Rusiya qoşunları ilk dəfə olaraq Ukraynada hökumət binasına hücum edib. Müəllifin fikrincə, bu eskalasiyanın üç əsas səbəbi var.

ABŞ prezidenti Donald Trampın sülh danışıqları istiqamətində səylərinin zəifləməsi fonunda Kreml müharibəni daha da genişləndirmək qərarı verib. Bazar günü Rusiya Ukraynaya qarşı müharibə başlayandan bəri ən böyük hücumu həyata keçirib. Üç ildən artıq müddətdən sonra ilk dəfə Ukrayna Nazirlər Kabinetinin iclasının keçirildiyi binaya zərbə endirilib.

Nəşr qeyd edir ki, Moskva uzun müddətdir “qərar qəbul edən mərkəzlərə” zərbə endirəcəyi ilə hədələyirdi, lakin bu təhdidlər indiyədək həyata keçirilməmişdi. İndi isə Rusiya rəhbərliyi real addım atıb.

Məqalə müəllifinə görə, bu qərarın birinci səbəbi Vladimir Putinin öz koalisiyasındakı müharibə tərəfdarı ultramillətçilərin təzyiqlərinə cavab verməkdir. Rusiya iqtisadiyyatının tənəzzül həddinə yaxınlaşması, gənclər arasında müharibə yorğunluğunun artması fonunda diktator ultramillətçilərin dəstəyini qorumaq məcburiyyətindədir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90