image-rt-reklam
image-66backend

Putin məmurlara “Moskviç” və “Lada” sürməyi əmr edib – İddia

image-728x90

Rusiya Prezidenti Vladimir Putinin məmurlara rus avtomobillərini, yəni “Moskviç” və “Lada” sürməyi əmr etdiyi iddia olunur.
Ulusal.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb.
İddiaya gör, prezident bunu məmurlarla görüşlərdən birində deyib.
Onun məmurlara xaricdən gətirilən avtomobilləri almağı qadağan etdiyi iddia edilir.
“Ölkənin bütün məmurları yerli maşın sürməlidir. Hardasa əvvəlkindən daha təvazökar olacaq, amma eybi yoxdur. Əksinə, yaxşıdır. Bütün bürokratlarımız başa düşməlidirlər ki, biz yerli brendlərin, avtomobillərin və digər məhsulların inkişafına çalışmalıyıq”, – Teleqram kanalı Putinin adından bu sitatı yayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90