image-rt-reklam
image-putin_kim_cen_inbackend

Putin Kim Çen In ilə “Vostoçnıy” kosmodromunda görüşdü

image-728x90

Şimali Koreya lideri Kim Çen In qatarla “Vostoçnıy” kosmodromunun dəmir yolu stansiyasına gəlib.

Bu barədə TASS yazır.

Rusiya prezidenti Vladimir Putin də kosmodromuna gedib. O məhz burada Şimali Koreya rəhbəri ilə təkbətək görüşüb.

Görüş zamanı iki ölkə rəhbəri arasında qısa söhbət olub.

Hələlik görüşün digər təfərrüatı barədə məlumat verilmir.

Xatırladaq ki, Şimali Koreya lideri Rusiyaya sentyabrın 12-də zirehli qatarla gəlib . O, artıq Təbii Sərvətlər Nazirliyinin rəhbəri Aleksandr Kozlov və Primorsk diyarının qubernatoru Oleq Kozhemyako ilə danışıqlar aparıb .

Şimali Koreya liderinin sözlərinə görə, onun Rusiyaya səfəri Moskva ilə strateji əməkdaşlığın vacibliyini nümayiş etdirir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90