image-rt-reklam
image-1backend

Putin Ermənistandan qisas alacaq – İrəvan üçün dəhşətli plan

image-728x90

Putin yenidən prezident seçiləcək və Ermənistandan qisas alacaq.

Ulusal.az xəbər verir ki, Ermənistanda Rusiyanın qisası ilə bağlı qorxular yaranıb.

2024-cü ilin mart ayında Rusiyada prezidenti seçkiləri keçiriləcək. “Röyters” 6 mənbəyə istinadən Putinin yenidən namizəd olacağını yazır. Kremldəki mənbələr Putinin müşavirlərinin seçkilərə ciddi şəkildə hazırlaşdığını bildirirlər.

Erməni şərhçi Karen Amburtsum yazır ki, Ermənistanda Putinin səhhətinin pisləşməsinə, siyasətdən çəkilməsinə ümid edirdilər.

“Lakin bu gözləntilər özünü doğrultmadı. Putin yenidən seçkilərə gedir və qazanacağı sirr deyil. Bundan sonra o, Ermənistandan qisas alacaq. Səbəb Nikol Paşinyanın Qərbə doğru qaçmasıdır, lakin bunun ağır nəticələri olacaq. Putin Ermənistanın Rusiyanın subyekti olmasını istəyir və buna nail olmağa çalışa bilər. Qorxaq Qərbin acizliyi də Ermənistanın cəzası olacaq”, – erməni şərhçi yazır.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90