image-rt-reklam
image-putinbackend

“Puitn hakimiyyəti öz adamına ötürəcək”- Arzuman Muradlı

image-728x90

“2024-cü ildə Rusiyadakı seçkilərdə Putin geri çəkilə bilər. Rusiyada keçiriləcək növbəti prezident seçkilərinə bir ildən az vaxt qalır. Bəlkə də hamı elə fikirləşir ki, onsuz da Rusiyadakı bütün seçkilər və referendumlarda olduğu kimi nəticə öncədən bəllidir. İlk baxışda bu belədir, lakin unutmayaq ki, Rusiya 2022-ci ilin 24 fevralından yeni bir ekstremal mərhələyə qədəm qoyub və burada artıq hər şey heç də öncəki kimi olmayacaq, çünki şərtlər dəyişib.” –Ulusal.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq hesab edir ki, bu seçkilərdə Putin hakimiyyəti öz adamına ötürə bilər.

“Müharibələrin Rusiya tarixində hansı rol oynadığına nəzər yetirəndə aydın olur ki, bu, cəmiyyətin həyat tərzindən tutmuş ictimai-siyasi proseslərə qədər hər şeyə yön verməyə başlayır, paradiqmal yeniliklər qaçılmaz olur. Hələ ki, müharibə Rusiyanın mövcudluğunu təhlükə altına qoyacaq səviyyədə deyil. Müharibə geniş ictimaiyyəti tam əhatə etməyib, ölkə bir çox sferalarda öz əvvəlki adi həyatını yaşayır, ruslar gəzib-dolaşır, yeyib-içir, şənlənirlər. Krım körpüsünə doğru gedən yolda təhlükəsizlik yoxlamaları nəticəsində yaranan 14 kilometrlik tıxac onu deməyə əsas verir ki, müharibə bölgəsinə yaxın olan və hər an partlayışlar baş verəcək Krıma istirahətə yollananlar da özlərini güvəndə hiss edirlər. Rusiyalıların bu əminliyinin səbəbi elə Putindir. Putin məhz bu amildən istifadə edərək hakimiyyəti ötürücək”.- Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90